Komediya ustası səhnədə vəfat etdi

İan Cognito
Şəklin alt yazısı, Ian Cognito-nun həqiqi adı Paul Barbieri olub

60 yaşlı yumorist İan Cognito səhnədə çıxış etdiyi zaman özünü pis edib.

Bicester şəhərində keçirilən əyləncə şousunun aparıcısı Andrew Bird tamaşaçıların nəyin baş verdiyindən bixəbər qaldığını deyir.

Onun sözlərinə görə bir məqamda Cognito insult barədə də danışıb.

"Təsəvvür edin ki, məni insult vurur və ayılanda valli dilində danışıram".

Bundan sonra halı pisləşən komik təngnəfəs olaraq oturmağa məcbur olub.

Auditoriya aktyorun hələ də zarafat etdiyini zənn edərək bir müddət gülməyə davam edirdi, - Andrew Bird xatırlayır.

Onun sözlərinə görə hadisə yerinə gələn tibbi yardım işçiləri bir neçə dəqiqə hərəkətsiz qalan aktyorun vəfat etdiyini təsdiqlədilər.

Ian Cognito-nun həqiqi adı Paul Barbieri olub.

Stendap janrının ustası ilk dəfə səhnəyə 1980-ci illərdə çıxıb.