Türk şirkətlərində çevrilişə cəhdlə bağlı reydlər keçirilib

Bazar ertəsi polis 173 məhkəmə işçisi üçün İstanbulun üç məhkəmə binasında axtarışlar həyata keçirib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Bazar ertəsi polis 173 məhkəmə işçisi üçün İstanbulun üç məhkəmə binasında axtarışlar həyata keçirib

Türk polisi keçən ay baş vermiş çevrilişə cəhdlə bağlı həyata keçirilən istintaqın tərkibi kimi 44 şirkətdə reydlər həyata keçirib və 120 şirkət rəhbərini həbs etməyi planlaşdırır, dövlət mətbuatı xəbər verir.

İstanbulda hüquq mühafizə orqanlarının hədəfindən olan şirkətlər ABŞ-da məskunlaşmış din xadimi Fethullah Gülenin hərəkatını maliyyələşdirməkdə şübhəli bilinirlər.

Çevik Polis Alayının dəstəyi ilə həyata keçirilən reydlər İstanbulun şərqindəki Uskudar və Umraniye rayonlarında həyata keçirilib, Anadolu xəbər agentliyi bildirir.

İyulun 15-də baş vermiş çevrilişə cəhd zamanı üsyançı hərbçilər paytaxt Anakara və İstanbula tanklar göndərib və nəticədə 240 insan həlak olub.

Bundan sonra Türkiyənin hərbi və ictimai sektorunda təmizləmə əməliyyatına start verilib.

Təxminən 26000 insan saxlanılıb, 82000 insan isə işdən çıxarılıb.

Həmçinin oxu:

  • <link type="page"><caption> Azərbaycanda "Gülen tərəfdarlarına" cinayət işi başlanılıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160815_gulen_criminal_case" platform="highweb"/></link>
  • <link type="page"><caption> Azərbaycanda Gülen hərəkatı və Erdoğanın müdaxiləsi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/07/160722_gulen_azerbaijan" platform="highweb"/></link>

Bazar ertəsi polis 173 məhkəmə işçisi üçün İstanbulun üç məhkəmə binasında axtarışlar həyata keçirib.

Türkiyə hakimiyyəti çevrilişə cəhdin arxasında Fethullah Gülenin dayandığını bildirir.

Onun tərəfdarları paralel dövlət qurmaqda ittiham edilirlər.

Cənab Gülen ittihamları rədd edir.