Rusiya əksər Olimpiya idmanında "dövlət səviyyəsində dopinq həyata keçirib"

Şəklin mənbəyi, Getty
Rusiya dörd il boyunca “əksər” yay və qış Olimpiya idman növlərində dövlət tərəfindən dopinq proqramını həyata keçirib, yeni hesabatda deyilir.
Dünya Anti-Dopinq Agentliyi (WADA) bildirir ki, Rusiyanın idman nazirliyi atletlər tərəfindən təmin olunmuş sidik nümunələrinin manipulyasını “həyata keçirib, nəzarət edib və göz yumub”.
Beynəlxalq Olimpiya Komitəsi (İOC) çərşənbə axşamı avqyusutun 5-də başlayacaq Rio Olimpiadası üçün hər hansı “müvəqqəti tədbir və sanksiyalar” barədə qərar verəcək.
Dr Richard McLaren tərəfindən rəhbərlik edilən komissiya Rusiya milli anti-dopinq laboratoriyasının keçmiş rəhbəri tərəfindən irəli sürülmüş iddialara baxıb.
Qriqori Rodçenkov iddia edib ki, onlarla atlet Oyunlardan öncə dopinq qəbul edib.
Cənab Rodçenkov həmçinin iddia edib ki, ona Rusiyanın xüsusi xidmət orqanları kömək edib.
Onun iddialarına görə, onlar sidik nümunələrinin saxlandığı butulkaların iz buraxmadan necə açılıb qapanacağı və “təmiz” sidiklə əvəzlənəcəyi üzrəində işləyiblər.
Cənab McLaren bunu sübut etmək üçün müəyyən miqdar nümunəni Londondakı laboratoriyaya göndərib.
Onun sözlərinə görə, “şüşələrin 100 faizində cızıqlar aşkar edilib” lakin əlavə edib ki, bu “adi gözlə görünməzdir”.
Hesabat Rusiyanın 2016-cı il Yay Olimpiadasındakı çıxışını tamamilə dayandırmaq çağırışlarına təkan verəcək.




