Ramzan Kadırov realiti şou vasitəsilə özünə köməkçi seçir

Hazırda Ramzan Kadırov Çeçenistan rəhbərinin vəzifələrini həyata keçirir. Sentyabr ayında ölkədə seçkilər olacaq.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Hazırda Ramzan Kadırov Çeçenistan rəhbərinin vəzifələrini həyata keçirir. Sentyabr ayında ölkədə seçkilər olacaq.

Rossiya 1 telekanalında efirə gedəcək “Komanda” realiti şousunda Çeçenistan lideri Ramzan Kadırova köməkçi seçiləcək.

Telekanalın saytında verilişin anonsu yerləşdirilib.

Layihənin öz saytı var və arzu edən hər kəs ərizəni dolduraraq realiti şouda iştirak edə bilər.

Müraciət edənlər Kadırova necə lazım ola biləcəklərini izah etməlidirlər.

Layihənin saytında bildirilir ki, iştirakçılar sınaqlardan keçəcəklər və Çeçenistan ərazisində müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

Namizədlərin nailiyyətlərini isə jüri ilə birgə məhz cənab Kadırovun özü müəyyənləşdirəcək, saytda deyilir.

Qalib gəlmiş şəxs Ramzan Kadırovun komandasında daimi yerə malik olacaq və Çeçenistan Respublikasının Strateji İnkişafı Agentliyinə rəhbərlik edəcək, “Vesti” proqramı xəbər verir.