FSB: Boris Nemtsov əldəqayırma silahdan güllələnib

Şəklin mənbəyi, AP
Rusiya paytaxtında 2014-cü ilin fevralın 28-də güllələnmiş müxalif siyasətçi Boris Nemtsov əldəqayırma silah vasitəsilə öldürülüb, Rusiya Federal Təhlükəsizlik Bürosu (FSB) bildirib.
FSB nümayəndələri bildiriblər ki, həmin əldəqayırma silah yararsız hala gətirilmiş real silahın hissələrindən istifadə etməklə kustar şəraitdə yığılıb.
Məlumatda deyilir ki, belə əldəqayırma silahlardan istifadə edilməklə "ağır və rezonanslı cinayətlər törədilib: 2014-cü ildə Moskva vilayətinin yollarında quldur dəstəsi tərəfindən yerli sakinlər öldürülüb, 2015-ci ildə ictimai xadim Boris Nemtsov qətlə yetirilib".
FSB eləcə də 14 silah tacirinin saxlanması barədə xəbər yayıb.
Həmin şəxslər əldəqayırma silahların hazırlanması və bu biznes üçün ehtiyat hissələrinin təchizatına nəzarət ediblər.
Müxalif siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 28-də Moskvanın mərkəzində güllələnib.
Cinayət Kreml divarları yaxınlığında törədilib.
Nemtsova arxadan 4 dəfə atəş açılıb.
Hadisədən sonra yayılmış ilkin məlumatlarda Nemtsova Makarov tapancasından atəş açıldığı qeyd olunurdu.




