"Yazın bunları, Kilisin dərdini yazın" - Türkiyə şəhəri İD hədəfində

Suriyada özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın nəzarət etdiyi bölgələrdən atılan raketlərin düşdüyü evlər dağılıb. Raketlərin izləri divarlarda görünür. Fotolar: Göktay Koraltan

Kilis, yanvar ayından bəri Suriyadan atılan raketlərin hədəfindədir. Xüsusilə də son bir ayda hücumların sayı artıb. Şəhərə demək olar ki, hər gün raket atılır. Üç yaşlı suriyalı Mahmudun evinin yaxınlığına raket düşməsilə onun qorxudan əlləri titrəyir, hıçqıra-hıçqıra ağlayır. 11 yaşlı Əhməd isə bunları deyir: “Müharibədən qaçıb gəldik. Suriyaya bomba düşürdü. Burda da bomba düşür hər gün”.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilis, yanvar ayından bəri Suriyadan atılan raketlərin hədəfindədir. Xüsusilə də son bir ayda hücumların sayı artıb. Şəhərə demək olar ki, hər gün raket atılır. Üç yaşlı suriyalı Mahmudun evinin yaxınlığına raket düşməsilə onun qorxudan əlləri titrəyir, hıçqıra-hıçqıra ağlayır. 11 yaşlı Əhməd isə bunları deyir: “Müharibədən qaçıb gəldik. Suriyaya bomba düşürdü. Burda da bomba düşür hər gün”.
Kilisə son beş ay içində 70-dən çox raketin düşdüyü güman edilir. Sərhədin Suriya tərəfi əsasən İD silahlılarının nəzarətindədir. Raketlərin də məhz buradan atıldığı bildirilir.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilisə son beş ay içində 70-dən çox raketin düşdüyü güman edilir. Sərhədin Suriya tərəfi əsasən İD silahlılarının nəzarətindədir. Raketlərin də məhz buradan atıldığı bildirilir.
Kilisə atılan raketlərin mənzilinin 15-20 kilometr məsafədə olduğu deyilir. Türkiyənin Kilisi raket hücumlarından qoruması üçün İD-ni Suriya sərhədindən eyni məsafədə uzaqlaşdırması lazımdır.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilisə atılan raketlərin mənzilinin 15-20 kilometr məsafədə olduğu deyilir. Türkiyənin Kilisi raket hücumlarından qoruması üçün İD-ni Suriya sərhədindən eyni məsafədə uzaqlaşdırması lazımdır.
Bu həftə ərzində bu evə iki dəfə raket düşüb. Eyni zamanda evə oğru da girib.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Bu həftə ərzində bu evə iki dəfə raket düşüb. Eyni zamanda evə oğru da girib.
Kilis sakinləri raket hücumlarına etiraz olaraq aksiyalar həyata keçiriblər. Bəzi dükan sahibləri mağazalarını bağlayıblar. Kilis sakinləri övladlarını məktəbə də buraxmırlar. İmkanı olan bəziləri isə şəhəri çoxdan tərk edib.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilis sakinləri raket hücumlarına etiraz olaraq aksiyalar həyata keçiriblər. Bəzi dükan sahibləri mağazalarını bağlayıblar. Kilis sakinləri övladlarını məktəbə də buraxmırlar. İmkanı olan bəziləri isə şəhəri çoxdan tərk edib.
Kilis buna qədər yerli camaatla suriyalı mühacirlərin bir yerdə rahat yaşadığı şəhər kimi öyünürdü. Buna görə o, hətta Nobel Sülh Mükafatına da namizəd göstərilmişdi. Ancaq indi şəhər müharibə meydanını xatırladır.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilis buna qədər yerli camaatla suriyalı mühacirlərin bir yerdə rahat yaşadığı şəhər kimi öyünürdü. Buna görə o, hətta Nobel Sülh Mükafatına da namizəd göstərilmişdi. Ancaq indi şəhər müharibə meydanını xatırladır.
Kilis küçələrində gəzişərkən raket hücumlarının izlərini görməmək mümkün deyil. Divar və maşınlarda raket qəlpələrinin izləri var. Bir çox binaların pəncərələri qırılıb. İnsanlar azacıq səs olan kimi yuxarı baxır.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilis küçələrində gəzişərkən raket hücumlarının izlərini görməmək mümkün deyil. Divar və maşınlarda raket qəlpələrinin izləri var. Bir çox binaların pəncərələri qırılıb. İnsanlar azacıq səs olan kimi yuxarı baxır.
Kilis sakinləri təcili olaraq raket hücumlarının dayandırılmasını tələb edir. Evlərində hər an hücuma məruz qala biləcəklərindən qorxurlar.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilis sakinləri təcili olaraq raket hücumlarının dayandırılmasını tələb edir. Evlərində hər an hücuma məruz qala biləcəklərindən qorxurlar.
Kilislilər həmçinin medianın şəhərdə baş verənləri yetərincə işıqlandırmadığını bildirirlər. “Kilis hər gül ölür, bir dəqiqə belə xəbər olmur,” deyənlər var. Burada ölüm həyatın bir hissəsinə çevrilib. Bu küçədə az əvvəl oynayan beş yaşlı qız artıq yoxdur. Nisa Kilisdə raket zərbəsindən ölən 21-ci adamdır.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Kilislilər həmçinin medianın şəhərdə baş verənləri yetərincə işıqlandırmadığını bildirirlər. “Kilis hər gül ölür, bir dəqiqə belə xəbər olmur,” deyənlər var. Burada ölüm həyatın bir hissəsinə çevrilib. Bu küçədə az əvvəl oynayan beş yaşlı qız artıq yoxdur. Nisa Kilisdə raket zərbəsindən ölən 21-ci adamdır.
Nisa torpağa tapşırılarkən anası Zəhra ağı deyir. “Ürəyim yanır!” o deyir. Yaxınlıqdakı biri isə,”yazın bunları, Kilisin dərdini yazın,” deyə səslənir.

Şəklin mənbəyi, GOKTAY KORALTAN

Şəklin alt yazısı, Nisa torpağa tapşırılarkən anası Zəhra ağı deyir. “Ürəyim yanır!” o deyir. Yaxınlıqdakı biri isə,”yazın bunları, Kilisin dərdini yazın,” deyə səslənir.