Türkiyə prezidenti terrorizm anlayışının genişləndirilməsini təklif edib

Şəklin mənbəyi, Getty

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, “terrorizm” anlayışını daha geniş təfsir etmək və yalnız terror aktlarının icraçıları və təhrikediciləri deyil, həmçinin belə hərəkətləri dəstəkləyənləri terrorçu tanımaq lazımdır.

Erdoğanın sözlərinə görə, “əlində silahı, bombası olan terroristlə öz ictimai vəziyyəti və yaxud qələmi ilə” terrorçunun məqsədinə çata bilməsi üçün dəstəkləyən arasında heç bir fərq yoxdur.

İstər jurnalist, istər qanunverici və müxtəlif fəallar olsun, Türkiyə prezidenti əlavə edib.

Bazar günü Ankarada avtobus dayanacağı yaxınlığında partlayış nəticəsində37 nəfər həyatını itirib, azı 125 adam yaralanmışdı.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb, lakin Türkiyə hakimiyyətində hesab edirlər ki, partlayış yerində aşkar edilən dəlillər birmənalı partlayışın ölkədə fəaliyyəti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları tərəfindən törədildiyinə dəlalət edir.

Partlayışdan bir neçə saat sonra Türkiyə təyyarələri İraqın şimalındakı PKK silahlılarının mövqelərinə havadan zərbələr endirib.