Səudiyyə Ərəbistanı: "İran diplomatları iki günə ölkədən çıxmalıdır"

Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etməyə iki gün vaxt verib. Bu, Səudiyyə Ərəbistanının tanınmış Şiə ruhanisini edam etməsindən sonra əmələ gələn qalmaqalla əlaqələndirilir.
Səudiyyə hökuməti bazar günü bəyan edib ki, İranla diplomatik əlaqələri kəsib.
İran Səudiyyə Ərəbistanını regionda gərginliyi artırmaqda ittiham edib.
Səudiyyə Ərəbistanı və İran, regionun əsas Sünni və Şiə gücləridir və həm Suriyada, həm də Yəməndə əks tərəfləri dəstəkləyirlər.
Şənbə axşamı Tehranda Səudiyyə səfirliyinin qarşısında keçirilən aksiyada binaya od vurulub. Polis etirazçıları hadisə yerindən uzaqlaşdırıb.
Ruhani Şeyx Nimr yanvarın 2-də terror ittihamı ilə edam edilən 47 nəfərdən biri olub.
Şeyx Nimr 2012-ci ildə Ərəb Baharı zamanı ölkədə hökümət əleyhinə aksiyaların aparıcı qüvvəsi idi, amma bu, onun həbsinə səbəb olmuşdu.
Bundan əvvəl də Səudiyyənin bölgədə əsas rəqibi sayılan İran xəbərdarlıq edib ki, şiə ruhanisinin edamı “Səudiyyə Ərəbistanına baha başa gələ bilər”.




