"Erməni soyqırımı"nın tanınması layihəsi Dumaya təqdim olunacaq

Şəklin mənbəyi, AFP
Spravedlivaya Rossiya fraksiyasının deputatları Dövlət Dumasının gündəliyinə “ermənilərin soyqırımını” tanımamaq üçün məsuliyyət haqqında qanun layihəsinin daxil edilməsini təklif ediblər.
Bu barədə Spravedlivaya Rossiya fraksiyasının lideri Sergey Mironov Twitterdə yazıb.
Daha əvvəl Mironov qanun layihəsinin yaxın günlərdə parlamentin aşağı palatasının diqqətinə təqdim ediləcəyini bəyan edib.
“Dövlət Dumasına qanun layihəsi daxil edəcəyik, vaxtilə Fransa etdiyi kimi, erməni soyqırımını inkar edənləri cəzalandıracağıq”, - RİA Novosti siyasətçini iqtibas edir.
Çərşənbə günü “erməni soyqırımı” tanımaq təklifi ilə Rusiya Tərəqqi Partiyasının lideri Aleksey Navalni də çıxış edib.
“Mənə elə gəlir ki, bizim riyakar mənasız toyuq (Rusiya Türkiyədən toyuq idxalatını qadağan edib – red.) yaxud turistlər əhvalatı əvəzinə (Rusiyada Türkiyəyə turların satışı dayandırılıb – red.) genosidin rəsmi tanınması olmalıdır. Məqam idealdır, məhz siyasi qətimkandır, lakin Türkiyə üçün son dərəcə ağrılı... və güclü rezonansı olar, - o yazıb. – Tanıma səviyyəsini qaldırmaq olar. Fransadakı kimi, genosidin inkar edilməsi üçün cəzalandırmaq”.
Rusiya Dövlət Duması 1995-ci ildə “Erməni xalqının 1915-1922-ci illərdə soyqırımının pislənməsi haqqında” bəyanat qəbul edib. Sənəddə ermənilərin kütləvi qırğını insanlığa qarşı cinayət tanınıb.
Osmanlı Türkiyəsində ermənilərin kütləvi qırğınını ermənilər "soyqırım" adlandırır, Türkiyə isə bu iddiaları rədd edir və imperiyanın ermənilərin məqsədyönlü məhv edilməsi siyasəti yeritmədiyini israrlayır.
Türkiyə ermənilərin, bir çox türklər kimi, Birinci Dünya müharibəsi və ölkədə gedən vətəndaş müharibəsinin qurbanı olduğunu bildirir.
“Erməni soyqırımı” üçün Türkiyəni cəzalandırmaq fikirləri noyabrın 24-də Türkiyə qırıcı təyyarəsinin Suriyada hərbi əməliyyat yerinə yetirən Rusiya Su-24 təyyarəsini vurduqdan sonra səsləndirilməyə başlayıb.
Ankara Rusiya təyyarəsinin, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Türkiyə ərazisinə müdaxilə etdiyini bildirir.




