Doğan Medianın "terrorçuluq təbliğatı" ilə bağlı fəaliyyəti araşdırılır

Şəklin mənbəyi, hurriyet.com.tr
Türkiyə prokurorluğu “terrorçuluğun təbliğatında” şübhəli bilinən Doğan Media qrupunun fəaliyyətini araşdırmağa başlayıb, Türkiyə mətbuatı bildirir.
İstintaq Türkiyə ordusu ilə kürdlər arasında toqquşma barədə xəbəri və kürd silahlılarından birilə müsahibəni yoxlayacaq.
Doğan Media holdinqi ölkədə ən iritirajlı Hürriyet qəzetinin sahibidir.
Sön günlər hökumətyönlü fəallar bu nəşri kürd təmayüllü PKK qrupuna dəstəkdə suçlayırlar.
Media holdinqin nümayəndələri araşdırma ilə bağlı xəbərə münasibət bildirməyiblər.
Bazar ertəsi polis "Nokta" nəşrində axtarış aparıb. Bu hərbçinin yasında guya selfie çəkən prezident Recep Tayyip Erdoğanın kollajının dərc edilməsindən sonra baş verib.
Nəşrin redaktorlarından biri saxlanılıb.
