Litvinenko ailəsinin vəkili: Qətli Putin sifariş edib

Vəkil Putini "cılız despot" adlandırıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Vəkil Putini "cılız despot" adlandırıb.

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Litvinenkonun "qətli barədə sifarişi şəxsən özü verib", Londonda ictmai dinləmələr zamanı Litvinenko ailəsinin vəkili deyib.

Ben Emmersonun sözlərinə görə, Rusiya dövlətinin qətldə məsuliyyəti "sübut olunub".

Emmerson iddia edir ki, Kreml Litvinenkonu öldürmək istəyirdi və bunun üçün vasitələr ayırmışdı.

O əlavə edib ki, elmi ekspertiza keçmiş agenti Dmitri Kovtun və Andrey Luqovoyun öldürdüyünü təsdiqləyib.

Vəkil qeyd edib ki, Putin "təcrid olunmuş cılız despota və psixi pozuntuları olan şöhrətbaza" çevrilməkdədir.

Eyni zamanda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BBC-ə deyib ki, Kreml Aleksandr Litvinenkonun qətli ilə bağlı Londondakı Ali Məhkəmədə keçirilən dinləmələrə etimad göstərmir.

Peskov əlavə edib ki, Litvinenko işi Britaniyanın daxili işidir və Rusiyanın gündəmində deyil.