Kreml vətəndaş cəmiyyətinə təzyiqi niyə gücləndirir?

Dinastiya adlı QHT bağlanmış qurumlar siyahısını davam etdirib.

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Dinastiya adlı QHT bağlanmış qurumlar siyahısını davam etdirib.

"Dinastiya" Rusiya elminə dəstək fondu ötən həftə fəaliyyətini dayandıraraq bağlandığını elan edib.

Buna səbəb qurumun Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" siyahısına daxil edilməsi olub.

Fondun əsas sponsoru olan "Vımpelkom" şirkətinin təsisçisi Dmitri Zimin maliyyələşdirməni kəsmək qərarına gəlib.

Yeni məqam

Rusiyada "xarici agentlər" barədə qanun 2012-ci ilin iyul ayında qəbul edilmişdi.

Lakin "Dinastiya" fondu ilə bağlı azı iki yeni məqam diqqəti çəkir.

Birincisi, fond xaricdən yox, rusiyalı biznesmen tərəfindən maliyyələşib, xarici bank hesabı vasitəsilə texniki olaraq yalnız köçürmələr edilib.

İkincisi, "Dinastiya" siyasətlə məşğul olmayıb, yalnız elm və təhsil sahəsində xeyriyyəçilik fəaliyyəti göstərib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 8-də fondun ləğvilə bağlı heyfsləndiyini bildirib.

"Xarici agent statusu fəaliyyətin qadağan olunmasını nəzərdə tutmur. "Dinastiya" fondu öz fəaliyyətini davam etdirə bilərdi", o, deyib.

Geniş yozum

Rəsmi olaraq qanun siyasəi fəaliyyətlə məşğul olan QHT-lərə ünvanlanılb.

İnsan haqları üzrə prezident şurasının üzvlərilə 2012-ci il noyabrın 12-də görüş zamanı Vladimir Putin razılaşmışdı kı, "siyasətlə əlaqəli olmayan hər şey bu qanunun təsir dairəsindən istisna olunmalıdr".

Lakin sənəd dəyişmədən qəbul olundu və o zamandan bəri yalnız sərtləşdirildi.

"Dinastiya" təşkilatının isə siyasətlə heç dolayısı da əlaqəsi olmayıb. Bu isə gələcəkdə istənilən müstəqil ictimai fəaliyyətin və sanksiyalaşdırılmamış sponsorluğun zərbə altına düşə bilməsini mümkün edir.

Yalnız dövlət və onunla bağlı strukturlara kimə yardım göstərib-göstərməmək məsələsilə bağlı qərar vermək imkanı veriləcək.

Xarici agent

Amma "Dinastiya"-nın başına gəlmiş əhvalat ayserbgin yalnız zirvəsidir.

Əgər qanunun qüvvəyə mindiyi ilk 2 il ərzində "qara siyahıya" cəmi 1 təşkilatın adı salınmışdırsa, son 12 ay ərzində belələrinin sayı 69 olub.

Fevral ayından, Ədliyyə Nazirliyi və Baş Prokurorluq kütləvi yoxlamalar dalğasına başlayıb, həmin dalğa indiyə qədər davam edir.

Bu il nə "Memorial" təşkilatı, nə də ki Moskva Helsinki qrupu prezident administrasiyasından qrant almayıblar

"Agentlər" və "arzuolunmazlar"

2015-ci ilin mayında "agentlər" haqqında qanuna "arzuolunmaz təşkilatlar" barədə qanun da əlavə olunub.

Bu qanun arzuolunmaz şəxslərə təhqiredici yarlıqlar yapışdırmağa və işdə əlavə çətinliklər yaratmağa imkan verir.

Həmin qanunlar Rusiayada fəaliyyət göstərən "agent" və "arzuolunmaz" təşkilatları bağlamaq imkanı verir.

Federasiya Şurası üzvləri artıq baş prokurorluğa belə təşkilat sayıla bilən 12 xeyriyyə və tədqiqatçı qurumun adları salınmış "vətənpərvər siyahı" təqdim ediblər . Həmin qurumlar, əsasən, ABŞ ilə bağlı olanlardır .

Yuxarı palatadakı adının çəkilməsini istəməyən yüksəkrütbəli mənbə İzvestiya qəzetinə bildirib ki, bu hələ son deyil, və daha 8 təşkilatdan ibarət yeni siyahı hazıprlanmaqdadır.

Kəramət tükənib

2013-2014 illərdə Rusiya GHT-lərin dəstəklənməsi xəttilə prezident administrasiyasının və iqtisadi inkişaf nazirliyinin qrantları "Memorial", "Qolos", "Avropa", Moskva Helsinki qrupu, "İnsan haqları uğrunda" hərəkata verilmişdi.

2015 ilin iyun tenderi nəticələrinə görə isə, Rusiyada insan haqları ilə və ya seçkilərin monitorinqilə məşğul olan müstəqil təşkilatlar pul almadılar.

Əvəzində milyonlarla rubl pul kremlpərəst təşkilatlara verilib.

Nəticədə höküməti tənqid edən opponentlər çətin vəziyyətə düşüblər.

Xaricdən pul alınmasına xəyanət kimi baxılır, lakin Rusiya daxilində də belə təşkilatlara pul mənbəyi tapmaq mümkün deyil.

"İndiki zamanda nəyinki müxalif mövge, hətta müstəqil mövge belə bildirmək hakimiyyət tərəfindən hiddətlə qarşılanır", politoliq Aleksandr Kınev deyib.

Təhlükəli tendensiya

Məmurlar, deputatlar, kremlpərəst şərhçilər daimə "rəngli inqilablar" təhlükəsindən dəm vururlar.

Bununla belə, Vladimir Putinin siyasətini bəyənənlərin sayı 90% göstəricisinə yaxınlaşıb.

Vladimir Putinin rəsmi reytinqləri rekord vurur, lakin rəsmilər nədənsə narahatdır.

Aleksandr Kınevin qənaətincə, təqibin güclənməsi yaxınlaşan Duma seçkilərilə bağlıdır.

Ekspertə görə, digər həlledici faktor Rusiya hökümətində xüsusi xidmət orqanları məktəbini keçmiş əməkdaşların üstünlük təşkil etməsidir.

"Fərqli fikir söyləyənlər rəhbərliyin yaxın çevrəsindən xaric edilir, nəticədə hakimiyyət reallıq hissini itirir".

Kədərli vəziyyət

Milli Strategiya şurasının baş direktoru Valeri Xomyakov daha bir səbəbi Ukrayna ilə bağlı vəziyyətin Putinin istədiyi kimi inkişaf etməməsində görür.

"Xarici siyasətdə işi düz getməyəndə, Putin əvəzini daxili siyasətdən çıxır. Görünür, ona elə gəlir ki, bununla Qərbi cəzalandırır", politoloq deyir.

Aleksandr Kınev isə hesab edir ki, "hakimiyyət özü vəziyyəti gərginləşdirir".

"Daha ağıllı olardı kı, tənqidi ruhlu vətəndaşlar müəyyən sxemlər yolu ilə müzakirələrə cəlb olunsun, onların dialoq və maarifləndirmə yolu ilə vəziyyəti dəyişməyin mümkünlüyünə inamı itməsin".

"Düşmənlərin axtarışı düşmənlərin sayını yalnız artırır. Biz hamımız sankı sürət yığan maşında oturmuşuq - axırda maşını dayandırmaq çətin olacaq", o, deyir.