İran zəvvarların Səüdiyyə Ərəbistanına daşınmasını dayandırıb

İranın Səüdiyyə Ərəbistanı ilə münasibətləri gərginləşib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, İranın Səüdiyyə Ərəbistanı ilə münasibətləri gərginləşib.

İran höküməti müvəqqəti olaraq zəvvarların Məkkə bə Mədinəyə uçuşlarını dayandırıb.

Bu addım Yəmən münaqişəsinə görə Tehranın Ər-Riyadla münasibətlərin pozulması fonunda baş verib.

İran Mədəniyyət nazirliyindən verilən xəbərə görə, kiçik həcc (umra) üçün Səüdiyyə Ərəbistanına hava daşımalarının dayandırılmasına səbəb son zamanlar Ciddə aeroportunda iranlı zəvvarlara qarşı Səudiyyə təhlükəsizlik qüvvələrinin kobud davranışı olub.

Mədəniyyət naziri bildirib ki, təqsirkarlar məsuliyyətə cəlb edilməyənədək İrandan Səüdiyyə Ərəbistanina həcc ziyarəti bərpa edilməyəcək.

Yəməndə silahlı münaqişəyə görə, Tehranla Ər-Riyad arasında münasibətlər ciddi sürətdə gərginləşib.

Səüdiyyə Ərəbistanı ölkədən qaçmış prezident Hadinin tərəfdarlarına yardım göstərərək İranı üsyançı husiləri dəstkləməkdə ittiham edir.