Putin Türkiyədə qaz ixracını və Suriyanı müzakirə edəcək

Putin Erdogan

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Putin Ankarada Ərdoğanla görüşəcək

Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi Türkiyəyə rəsmi səfəri başlayır.

Xəbərlərə görə, prezident Putin Ankarada Suriyadakı böhranı və Rusiya qazının Türkiyəyə ixracı ilə bağlı məsələləri müzakirə edəcək.

Ankarada eləcə də Vladimir Putin və Recep Tayyip Erdoğanın iştirakı ilə Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının 5-ci iclası keçiriləcək.

İkitərəfli danışıqların əsas mövzularından biri Rusiya qazının Türkiyəyə ixracı ilə bağlı olacaq.

Türkiyə qaz bazarının həcminə görə Almaniyadan sonra "Qazprom" üçün 2-ci bazar sayılır.

2013-cü ildən sonra "Qazprom" Türkiyəyə 26,7 milyard kub metr qaz göndərib.

Tərəflərin eləcədə Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Moskva ilə Ankaranın Suriya böhranına yanaşmaları arasında ciddi fərq var.

Ankara Dəməşq rejiminin dəyişdirilməsində təkid edir, Rusiya isə Suriyada rəhbərliklə müxalifət asrasında dialoqun bərpa edilməsini məqsədə uyğun sayır.

Ankara eləcə də Kremlin Qərb ərzaqına yürütdüyü embarqo ilə bağlı Rusiya bazarına Türkiyədən kənd təsərrüfatı məhsulları ixracının artırılmasına Moskvanın razılığını ala biləcəyənə ümid edir.