Gürcüstanın xarici işlər naziri Maia Pancikidze istefa verib

Maia Panjikidze

Şəklin mənbəyi, AFP

Gürcüstanın xarici işlər naziri Maia Pancikidze istefa verib. Bu, qərbpərəst müdafiə naziri İrakli Alasania vəzifədən qovulandan sonra baş verib.

"Mən və komandam ... vəzifəmizi tərk etmək qərarına gəlmişik. Həmçinin Gürcü Arzusu koalisiyasının sıralarını tərk etməyi qərara almışam".

Maia Pancikidze cənab Alasanianın Azad Demokratlar partiyasının üzvüdür. Azad Demokratlar isə Baş nazir İrakli Qaribaşvilinin başçılıq etdiyi koalisiyanın bir hissəsidir.

Baş nazir İrakli Qaribaşvili xanım Pancikidzenin istefa vermək barədə qərarını pisləyib.

"Çox təəssüflər olsun ki, Maia xanım ölkə və dövləti əvəzinə ailə üzvü ilə həmrəylik göstərib", cənab Qaribaşvili televiziyada yayımlanan çıxışında deyib. Maia Pancikidze İrakli Alasanianın baldızıdır. "Amma bu, onların şəxsi seçimidir. Onların haqqıdır", baş nazir əlavə edib.

Pancikidze deyib ki, özü və müavinləri vəzifələrindən istefa vermək və koalisiyanı tərk etmək qərarına gəliblər, Gürcüstanın Rustavi-2 telekanalı xəbər verir.

Məlumata görə xanım Pancikidze ölkənin qərbpərəst xarici siyasətinin təhlükə altında olduğunu deyib.