Kadırov Putinin ad günündə gənclərin kütləvi yürüşünü keçirib

Şəklin mənbəyi, rianovosti
Çeçenistan başçısı Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin ad günü münasibətilə paytaxt Qroznıda gənclərin kütləvi yürüşünü təşkil edib.
Oktabrın 7-də Putinin 62 yaşı tamam olur.
Mərasim Çeçenistan paytaxtının mərkəzində keçirilib.
RİA Novosti müxbirinin məlumatına əsasən aksiya iştirakçıları əllərində 600 metr uzunluğu olan Rusiya və Çeçenistan bayraqları daşıyaraq "Rusiya!" və "Çeçenistan!" şüarlarını səsləndiriblər.
İnterfax agentliyinə əsasən, kütləvi marşda 100 mindən çox gənç iştirak edib.
Yürüşün önündə Ramzan Kadırovun özü addımlayıb.
Ötən bazar günü Ramzan Kadırov da ad günün qeyd edib - onun 36 yaşı tamam olub.
Putinə həsr olunmuş kütləvi yürüş iştirakçıları Qroznının mərkəzində mitinq keçiriblər.




