Gürcüstanda Saakaşvili ailəsinin əmlakına həbs qoyulub

saakashvili

Şəklin mənbəyi, AFP

Tbilisidə məhkəmə prokurorluğun tələbi ilə keçmiş prezident Mixail Saakaşvilinin ailəsinin əmlakına həbs qoyub.

Keçmiş prezidentin vəkili Otar Kaxidzenin bildirdiyinə görə, həbs qoyulmuş əmlakın içində torpaq sahəsi, Tbilisidə ev və avtomobil var.

“Əmlakın həbsinə dair prokurorluqdan heç bir izahat vermirlər,” Kaxidze bildirib.

Keçmiş prezident Saakaşvili Gürcüstanda axtarışa verilib. Ona üç ittiham üzrə cinayət işi açılıb.

Eyni zamanda 2005-ci ildə Gürcüstan parlamentinin deputatı Valeriya Gelaşvilinin döyülməsi hadisəsində iştirakda təqsirli bilinir.