Putin: Ukrayna silahı üçün Rusiyadan başqa bazar yoxdur

Şəklin mənbəyi, Reuters
Rusiya sahibkarları ilə əlaqələrin kəsilməsi, yəqin ki, Ukrayna müdafiə-sənaye kompleksi (MSK) üçün fəlakət olacaq, Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Ukrayna MSK-nin rusiyalı tərəfdaşları ilə əlaqələrinin kəsilməsi, çox ehtimal, faciəyə gətirəcək. Nəyə görə? Ona görə ki, onların başqa satış bazarları yoxdur. Sadəcə. Mövcud deyil. Yeganə istehlakçı - yalnız Rusiya silahlı qüvvələridir”, - bazar ertəsi federal və regional parlamentlərin rəhbərləri ilə Rusiya prezidenti deyib.
Putin həmçinin bəyan edib ki, Rusiya hazırda Ukraynadan tədarük edilən hərbi məhsulların istehsalını 1,5–2,5 il ərzində özündə təşkil etməyə qadirdir.
O, eyni zamanda işin Ukrayna ilə MSK sahəsində kooperasiya əlaqələrinin pozulmasına çatmayacağına ümid etdiyini bildirib.
“Biz ümid edirik ki, iş bu kooperasiya əlaqələrinin qırılmasına çatmaz, hərçənd bu gün tam həcmdə tədarük görmürük. Biz müvafiq hökumət qurumlarının bu tədarüklərin dayandırılması qərarlarını görürük”, - Rusiya prezidenti bəyan edib.
Daha əvvəl Ukrayna hakimiyyət nümayəndələri Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasını planlaşdırdıqlarını bəyan ediblər.
