Putin qoşunların döyüşə hazırlığının yoxlanılmasını əmr edib

Şoyqu

Şəklin mənbəyi, RIA Novosti

Rusiyanın Müdafiə Nazirliyi hərbi dairə, birləşmə və qoşunların həyəcan siqnalı ilə qaldırıldığını bildirib.

Müdafiə naziri Sergey Şoyqu Qərb və Mərkəz hərbi dairələrinə aid quru, hava və desant qüvvələrində döyüşə hazırlıq səviyyəsinin nəzərdən keçirildiyini deyib.

“Rusiya Federasiyası prezidentinin göstərişilə bu gün saat 14:00-da Qərb hərbi dairəsinin qoşunları və onun ərazisində yerləşən birləşmə və hərbi hissələr, Mərkəzi hərbi dairənin 2-ci Ordusu, Hava-kosmik qüvvələrinin komandanlığı, Uzaq və Hərbi-nəqliyyat aviasiyası, Hava-desant qüvvələri qəfil həyəcan sıqnalı ilə qaldırılıblar”, - İnterfax agentliyi Sergey Şoyqunun Müdafiə Nazirliyindəki çıxışından iqtibas gətirir.

Mərkəzi hərbi dairəyə Volqayanı bölgə, Sibir və Ural regionu, Qərb dairəsinə isə Ukrayna ilə həmsərhəd regionlar daxildir.

Yoxlanışlar ötən ildən keçiriməyə başlanılıb.

2013-cü ilin iyun ayında Şərq hərbi dairəsinin döyüşə hazırlığı yoxlanılıb.

Bu qərar Ukraynada separatçılıq çağırışlarına təsadüf edib.