Ermənistan- Türkiyə münasibətləri "qeyd-şərtsiz tənzimlənməlidir"

Ahmet Davutoglu, Edvard Nalbandyan
Şəklin alt yazısı, Davutoğlu ilə Nalbandyan Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısından sonra Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər

Günün sonunda Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin Edvard Nalbandyanla Ahmet Davutoğlu arasında bir saatdan çox davam edən görüş haqqında rəsmi məlumatı bir cümlə ilə ifadə olunub.

“Türkiyə xarici işlər naziri ilə görüş zamanı Edvard Nalbandyan Ermənistanın Türkiyə ilə münasibətlərinin qeyd-şərtsiz tənzimlənməsinə dair prinsipial mövqeyini bir daha təsdiqləyib. Nazirlər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyəti və proqramları məsələlərinə toxunublar”, - məlumatda deyilir.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının <link type="page"><caption> 29-cu sessiyasında iştirak edib</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2013/12/131212_yerevan_davutoglu_protest.shtml" platform="highweb"/></link>.