Türkiyə: qadın deputatlara iclaslara şalvarda gəlmək icazəsi verilib

Türkiyə

Deputat qadınların geyim qarderobu üçün şalvar qadağasının aradan qaldırılması qərarı müxalifətçi Respublika Xalq partiyasından deputat Safak Paveyin təkidli müraciətlərindən sonra atılıb.

Qadın deputatın bir ayağı protezli olduğundan, o, dəfələrlə şalvar geyilməsinə qadağanın qaldırılmasını xahiş edib.

Ötən ay Türkiyədə qadın-parlament üzvlərinə işə islam ənənələrinə uyğun baş örtüyündə gəlmək icazəsi verilmişdi.

Digər hökümət və dövlər müəssisələrində qadın baş örtüyünün taxılmasına qadağalar sentyabr ayında aradan qaldırılmışdı.

Qadağanın aradan qaldırılmasını hakim Ədalət və İnkişaf partiyası dəstəkləyib.

Türkiyə müxalifəti hakim partiyanı islami ənənələrin tətbiqində və dünyəvi dövlət prinsiplərindən uzaqlaşmaqda ittiham edir.