"19 ildir zülm verirlər bizə" - Ramana sakinləri dağılmış yollardan şikayətlənir

Ramana

Bakının Ramanı qəsəbəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Onlar deyirlər ki, bir neçə il əvvəl özləri pul toplayıb, yol çəkdiriblər.

Amma Azərsu ASC bu ərazidə su xətləri çəkərkən yollarını dağıdıb və sonra bərpa etməyib.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BBC News Azərbaycancaya bildirib ki, su çəkilən küçələr yenidən bərpa olunacaq.

Amma o əlavə edib ki, qurum yalnız su xəttləri çəkilərkən dağıtdığı yolları bərpa edəcək, iş görmədiyi küçələri düzəltməyəcək.

Sakinlər isə Ramanada bütün bərbad küçələrin təmir olunmasını istəyir. Onlar qarda-yağışda palçığa batmaqdan bezdiklərini deyirlər.

Reportajı BBC News Azərbaycanca üçün jurnalist Şəhla Kərim hazırlayıb.

Videonu Youtube linkimizdən izləyə bilərsiniz.