Türkiyə-Ermənistan sərhədindəki nüvə təhlükəsi - Metsamor nüvə stansiyası
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmasa, YouTube-da izləyin.
Metsamor nüvə stansiyası 1960-cı illərdəki dizaynıyla dünyanın ən riskli nüvə stansiyalarından biri hesab olunur.
O, Türkiyə sərhədindən 17, Ermənistanın paytaxtı Yerevandan isə 30 km uzaqdadır.
Avropa İttifaqı başda olmaqla beynəlxalq aləmdən stansiyanın bağlanması çağrışlarına baxmayaraq, o, ən azı 2026-cı ilə kimi fəaliyyət göstərəcək.
Təhlükəli vəziyyət olarsa, bunun bölgədəki 20 milyon nəfərə təsir edəcəyi hesab olunur.
Ermənistanın enerjisinin üçdə birini təmin edən elektrik stansiyası ölkə üçün həyati əhəmiyyət kəsb edir. Yəni Metsamor həqiqətənmi dünyanın ən riskli atom elektrik stansiyasıdır? Və əgər belədirsə, niyə hələ də açıqdır?
BBC Türkcə bu suallara cavab tapmağa çalışıb.





















