Türk lirəsi 14 faiz ucuzlaşıb

Şəklin mənbəyi, Getty Images
Prezident Recep Tayyib Erdoğan Mərkəzi Bankın rəhbərini vəzifəsindən azad edəndən sonra Türkiyə lirəsi orta hesabla 14 faiz ucuzlaşıb.
İşdən çıxarılan Naci Abğal ekspertlər tərəfindən Türkiyə milli valyutasının məzənnəsini tarixi minimumlardan qaldırmağa kömək edən aparıcı mütəxəssis hesab edilirdi.
Onun işdən çıxarılması həm yerli, həm də xarici investorlar üçün gözlənilməz olub.
Naci Abğalın istefası İstanbul Fond Birjasında indekslərin kəskin enməsi ilə müşayiət olunub.
Ötən həftə Mərkəzi Bankın artıq keçmiş rəhbəri Naci Ağbal əsas uçot dərəcəsini 2 pillə və ya 19 faziədək qaldırdıqdan sonra türk lirəsinin məzənnəsi nəzərəçarpan dərəcədə artmışdı.
Prezident Erdoğanın fikrincə, uçot stavkasının bu dərəcədə böyüməsi inflyasiyanın artmasına yol açır.
Türkiyədə hazırda inflyasiya 15 faiz təşkil edir.
Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Şahap Kavcıoğlu təyin olunub.





