"10-15 gün əlimizdə olanı xərcləyib dolandıq, sonra nə olacaq?" – Rusiyada qalan azərbaycanlı

Videonun alt yazısı, "10-15 gün əlimizdə olanı xərcləyib dolandıq, sonra nə olacaq?"

Hazırda Moskvada yaşayan Rüfət Əliyev 2 il əvvəl Rusiyaya qazanc dalınca gedib.

O, koronavirusla əlaqəli dövlətlər arasında sərhəd bağlandığı üçün Azərbaycana qayıda bilmir.

Rüfət Əliyev deyir ki, Moskvada bir çox azərbaycanlı iş yerləri bağlandığı üçün qazanc əldə edə bilmir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Rusiyadakı azərbaycanlıları sərhədə getməməyi çağırıb.

Videonu müxbirimiz Günel Səfərova hazırlayıb.