Putin xəstəxananı qoruyucu kombinezonla gəzdi, sosial şəbəkə istifadəçiləri güldü

Şəklin mənbəyi, ALEXEI DRUZHININ/TASS
Rusiya prezidenti Vladimir Putin martın 24-də Moskvanın karantin mərkəzinə - Kommunarka qəsəbəsindəki xəstəxanaya gedib. Putinin əynindəki qoruyucu sarı kostyum sosial şəbəkələrdə zarafat dalğası yaradıb. İnsanları güldürən nə olub?
Kremlin mətbuat xidmətinin yaydığı videoda Putin sarı rəngli qoruyucu kombinezon geyinib və başına respirator taxıb.
Sonra dərc olunan kadrlarda onun xəstəxana dəhlizlərində sürətlə irəlilədiyi və pasiyentlərdən biriylə söhbət etdiyi görünür.
Rusiya prezidenti həmin şəxsdən özünü necə hiss etdiyini soruşub. O, "Çox sağ olun, əla" deyə cavab verib.
Putinin mətbuat katibi Dmitri Peskov ağ xalatlı qadından prezidentin ziyarətini smartfona çəkməyi, videonu göndərəndən sonrasa telefonu məhv etməyi xahiş edib: "Kənara çəkilin, axıra qədər çəkin. Qətiyyən utanmayın. "Teleqram"la göndərərsiniz. Telefonda ancaq bir əlaqə nömrəsi var, "Dima" yazılıb. Amma sonra telefonu məhv etməlisiniz".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
"Rossiya-24" kanalı bütün gün Putinin xəstəxanadakı görüntülərini yayımlayıb. Bu kadrlar internet istifadəçilərinin də diqqətini cəlb edib, prezidentin kombinezonlu halı zarafat mövzusuna çevrilib.
Onu cizgi filminin personajlarıyla (məsələn, "Minyonlar"la) və "Çətinliyə baş vurmaq" serialının baş qəhrəmanıyla müqayisə ediblər.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
"Putin koronavirusu şəxsən özü məhv etmək, sonuncu gülləni atmaq qərarına gəlib," - "Nebojena" teleqram-kanalı zarafatla belə yazıb.
Konstitusiyaya dəyişiklərlə bağlı Putinin aprelin 22-nə təyin etdiyi səsvermə də zarafat mövzusuna çevrilib. Səsvermə artıq ləğv olunub.
Prezidentin niyə sarı rəngli kombinezon geyinməsiylə bağlı "Podyom" nəşrinin sualına Dmitriy Peskov belə cavab verib: "Onu verdilər. Bu, heç bir anlam daşımır".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 3

Paylaşımın sonu X, 4
"TyChem 2000C"markalı kombinezonu Amerikanın "DuPont" şirkəti istehsal edir. "Otkrıtıe media" nəşrinin xəbərinə görə, qiyməti 1800 rubldur.
Kombinezonun təsvirində qeyd edilir ki, ondan "kimyəvi məhlullar və heft-kimya məhsullarıyla iş zamanı; boyaların hazırlanması və qarışdırılması, çənlərin təmizlənməsi prosesində istifadə olunur".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 5