Tbilisidə etirazlar: Parlamentin spikeri istefa verib

Tbilisidə etiraz aksiyası

Şəklin mənbəyi, VANO SHLAMOV/AFP/Getty Images

Gürcüstanın paytaxtı Tbilisidə etirazlardan sonra bu gün parlamentin spikeri İrakli Kobaxidze istefa verib.

Onun mənsub olduğu hakim "Gürcü Arzusu" partiyası onun qərarını "xalq qarşısında məsuliyyətin nümayişi" kimi dəyərləndirib.

Cümə axşamı günü parlament qarşısındakı etiraz aksiyasında polislə toqquşması olub, yaralılar var və 240 nəfər xəstəxanalara aparılıb.

Polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qaz, su topları və rezin güllələrdən istifadə edib.

Hökumət üzvlərinin istefasını tələb edən mitinq iştirakçıları parlament binasına girməyə cəhd göstəriblər.

Hadisələr nəticəsində 39 polis nəfəri və 30 etirazçı yaralanıb, Baş nazir Mamuka Baxtadze açıqlayıb.

Tbilisidə etiraz aksiyası tiflisdə etiraz aksiyası tiflisdə aksiya

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Tbilisidə etirazlar

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Tbilisi

Şəklin mənbəyi, Reuters

Tbilisi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Polislər etirazçıların parlamentinə girmək cəhdinə mane olub
Tbilisi

Şəklin mənbəyi, EANA KORBEZASHVILI/CIVIL.GE

Etirazlara səbəb nədir?

Etirazlara səbəb Tbilisidə keçirilən pravoslav ölkələrin parlamentlərarası assambleyasının sessiyası zamanı rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kreslosunda oturması olub.

Parlamentdə təmsil olunan müxalif gürcü deputatlar bu hərəkətdən hiddətləniblər.

Həmçinin Sergey Qavrilovun rus dilində çıxış etməsi də ölkədə Rusiya varlığına qarşı olan gürcü siyasətçilərin və vətəndaşları açıqlandırıb.

Tbilisi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tbilisi sakinləri bu etiraza cümə axşamı günü səhərdən hazırlaşırdılar

Frans Press məlumat verib ki, parlament binası qarşısına toplaşmış 10 mindən çox etirazçı polis sipərini qıraraq Parlamentin spikeri İrakli Kobaxidze və digər rəsmi şəxslərin istefasını tələb ediblər.

Etiraz edənlərin bəziləri nümayişə Avropa İttifaqı bayraqları və "Rusiya işğalçıdır" şüarları ilə gəliblər.

Polis səhərə yaxın etirazçıları Rustaveli prospektindən uzaqlaşdıra bilib.

Tbilisi, parlament

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Tbilisidə parlament önünə toplaşan etirazçılar