İran İraqla sərhəddə hərbi təlimlər keçirir

Şəklin mənbəyi, STR/Getty Images
İran İnqilab keşikçiləri Ordusu şənbə günü İran-İraq sərhədində, İraqın Kürdüstan Regional Hökumətinin Soran rayonuna yaxınlıqda hərbi təlimlərə başlayıb, İran dövlət mediası bildirir.
İranın Qərbi Azərbaycan ostanının əsasən kürd əhalisi olan Üşnəviyyə şəhərinə yaxınlıqda keçirilən iki günlük "Məhərrəm" təlimlərinin məqsədi "qüvvə və təhlükəsizliyi nümayiş" etməkdir, İranın Birinci kanalı bildirib.
"Məhərrəm" təlimləri 1980-ci ildə İranın İraq tərəfindən işğalını qeyd edən təlimdir, İranın dövlət Press TV saytı bildirir.
Təlimlər artilleriya, zirehli maşınlar və hərbi hava qüvvələrinin iştirakı ilə keçiriləcək, dövlət yayımçısı İRİB qeyd edir.
Dövlət mediası təlimlərin ölkənin qərbindəki sərhəd bölgələrində "terrorçu" qruplaşmaların fəaliyyətinə qarşı hazırlıq kimi qiymətləndirilib.
Bununla yanaşı bazar günü, İran hərbi qüvvələri Heydər 7, Heydər 41 və Heydər 44 adlı müxtəlif çaplı mərmi və raket atan artilleriya qurğularının təqdimatını keçirib.
Bazar ertəsi günü, İraq Kürdüstan Regional Hökuməti müxtar ərazinin müstəqilliyi üzrə referendum keçirəcək.
Referendumun keçirilməsinə dair qərar mərkəzi İraq hökuməti, qonşu ölkələr və ABŞ tərəfindən təndiq edilib.








