Rusiyalı təqaüdçülərə yanvarın 28-ə kimi təzminat vəd ediblər

Şəklin mənbəyi, RIA Novosti
Rusiya Təqaüd Fondunun məlumatına görə, rusiyalı təqaüdçülərə bu il yanvarın 13-dən 28-nə kimi 5 min rubl (82 dollar) dəyərində birdəfəlik təzminat ödəniləcək.
"Birdəfəlik ödəniş üçün lazım olan vəsait - 221,7 milyard rubl Rusiya Təqaüd Fondunun büdcəsinə yatırırlıb. Əgər təqaüdçü yanvar ayının pulunu alıbsa, o zaman birdəfəlik məbləğ onlara evində təqdim ediləcək", - deyə fondun saytında yerləşdirilən məlumatda bildirilib.
Ötən ilin avqust ayında Rusiyanın Baş naziri Dmitri Medvedev 2016-cı ildə ikinci indeksasiya əvəzinə təqaüdçülərə 5 min rubl veriləcəyini bildirmişdi. O zaman Medvedev bunu hökumətin təqaüdün tam həcmdə indeksasiyası üçün kifayət qədər vəsait olmaması ilə əlaqələndirmişdi.
Hər il təqaüdlər ötən ilin inflyasiya dərəcəsinə görə artırılır. 2016-cı ildə bu göstərici 12,9% təşkil etsə də, ilin əvvəlində təqaüdlər cəmi 4% artırırlıb və ikinci indeksasiyadan isə imtina etmək barədə qərar qəbul edilib.
Medvedev 2017-ci ildə təqaüdlərin tam həcmdə indeksləşdiriləcəyini vəd etmişdi. İlkin məlumatlara görə 2016-cı ildə inflyasiya 5,4% təşkil edib və yeni ildə buna uyğun olaraq təqaüdlər artırılmalıdır. Rusiya rəsmiləri vurğulayıblar ki, 5 min rublun ödənməsi ikinci indeksasiya olan zaman rusiyalı təqaüdçülərin alacağı məbləği kompensasiya etməlidir. Lakin əgər fevralda pensiyalar 12,9% artırılmış olsaydı, təqaüdçülər bu ilin hər ayına görə əlavə 1,2 min rubl alcaqadılar.
Faktiki olaraq indeksasiyanın olmaması onların 14 min rubl itirməsi deməkdir və birdəfəlik ödənəcək 5 min rubl bunu əvəz etmir.
Hökümətin bu qərarına görə təqaüdçülər yaxın illərdə də pullarıni itirəcəklər. Hətta 2017-ci ildə indeksasiya tam həcmdə keçirilsə belə rusiyalı təqaüdçülər baza dərəcəsi eyni qaldığına görə yenə də az pul alcaqlar.
