You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkmənistan: Aşqabadda quşabənzər aeroport işə başlayıb
Türkmənistan paytaxtı Aşqabadda xarici qonaqların azlığına baxmayaraq qızılquşa bənzər yeni aeroport işə başlayıb.
Aeroportun dizaynı ölkənin milli hava yollarının simgəsini xarakterizə edir.
Türkmənistan paytaxtında yerləşən və 2,3 milyard dollara başa gəlmiş aeroport bir saatda 1600 sərnişini qəbul edə bilər.
Bu, təcrid olunmuş Mərkəzi Asiya respublikasına çox az sayda xarici qonaq gəlir.
Türkmənistana viza almaq çətindir və hökumətin açıqlamasına görə 2015-ci ildə ölkəyə 105000 turist gəlib.
Prezident Qurbanqulu Berdıməhəmmədov ölkəsinin "güclü nəqliyyat potensialını" önə çəkir.
Aşqabadda bundan başqa da bir neçə bənzərsiz tikili mövcuddur. Şəhərdəki nəşriyyat evinin binası açılmış kitab şəklindədir.
Şəhərdə həmçinin cənab Berdıməhəmmədov və mərhum prezident Saparmurat Niyazovun qızıl heykəlləri var.