Ermənistanın yeni baş naziri Karen Karapetyan olub

Şəklin mənbəyi, Mediamax.am
Ermənistanda enerji sahəsindən tanınmış Karen Karapetyan baş nazir təyin olunub, Reuters Ermənistan prezidentinin saytına istinadən yazır.
Sabiq baş nazir Hovik Abrahamyan sentyabrın 8-də istefa verib. O bildirib ki, Ermənistana yeni siyasət lazımdır. Onun höküməti tez-tez paytaxtda etiraz nümayişləri və iqtisadi yavaşlama ilə üzləşmişdi.
Hökümət, həmçinin aprel ayında Dağlıq Qarabağ münaqişəsinə görə də siyasi problemlərlə üz-üzədir.
53 yaşlı Karapetyan, ArmRosGazprom təbii qaz paylama şirkətinin rəhbəri və 2010-2011-ci illərdə Yerevanın meri olub.
Baş nazir təyin edilənədək isə o, Rusiyanın Qazprom şirkətinin Mejregionqaz birliyinin direktor müavini kimi çalışıb.
