Ermənistanda Ukrayna səfirliyinin divarına borş atılıb, Rusiya gələnlər üçün karantini ləğv etdi, Banksy-nin "pandemiya siçovulları"

Ermənistanda Ukrayna səfirliyinin divarına borş atılıb, Rusiya gələnlər üçün karantini ləğv etdi, Banksy-nin metroda "pandemiya siçovullarını" çəkib, qadının yuxuda gördüyü lotereya rəqəmləri uduşlu çıxıb,Tehranda məhdudiyyətlər sərtləşdirilir, BBC News Azərbaycancanın xəbərlər icmalında.

Ermənistandakı Ukrayna səfirliyi

Şəklin mənbəyi, news-front.info

Ermənistan paytaxtında bu gün bir qrup Daşnaksutyun Erməni İnqilabi Federasiyası Gənclər Təşkilatı fəalları Ermənistanda Ukrayna səfirliyi önündə etiraz aksiyasını keçiriblər, "Bişirdiyiniz borşı özünüz də yeyin" deyərək səfirliyin divarına borş töküblər.

Buna Ukraynana Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədində vəziyyətə dair bəyanatı səbəb olub.

Ukrayna XİN iyulun 13-ü tarixli bəyanatı ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edib.

Ukrayna XİN-i tərəfləri münaqişənin beynəlxalq hüquq prinsipləri və normaları əsasında tənzimlənmə yollarını axtarmağa çağırıb.

Bəyanatda qeyd olunur ki, rəsmi Kiyev münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır.

Aksiya iştirakçıları Ukrayna XİN-i "bölgədə vəziyyəti daha da gərginləşdirməkdə" günahlandırıblar.

Onlar "Ukrayna təhrik etmə" şüarları səsləndiriblər.

Ermənistanda koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət elan edildiyinə görə aksiya bir neçə dəqiqə davam edib.

rusiya, qadın, koronavirus, maska

Şəklin mənbəyi, MIKHAIL TERESHCHENKO/TASS

Rusiyaya gələnlər üçün təcrid ləğv olunub

Bu gündən etibarən Rusiyaya gələnlər üçün ikihəftəlik məcburi karantin qaydası ləğv olunur.

Sərhədi keçərkən COVID-19 üçün son üç günə aid testin nəticələri təqdim edilməlidir. Belə sənəd olmasa, növbəti üç gün ərzində testdən keçmək tələb olunur.

Bununla yanaşı, Rusiya hakimiyyəti koronavirus pandemiyası səbəbiylə mart ayının sonlarında dayandırılmış, digər ölkələrlə uçuşların bərpa edilməsinə dair danışıqlara başlayır.

Hazırda Rusiyaya uçuşların bərpa ediləcəyi barədə yalnız Türk Hava Yolları məlumat yayıb. Rusiyanın altı şəhərinə reyslər avqustun 1-dən başlanmalıdır.

London metrosu, banksky

Şəklin mənbəyi, BANKSY

Banksy-nin siçovulları "pandemiya mesajını" çatdırır

Britaniya paytaxtının metrosunda qısa müddətə peyda olan Banksy-nin yeni əsəri üz maskalarını taxmağa təşviq edir.

Yeraltı nəqliyyatında qrafiti əleyhinə sərt qaydalara görə, rəsmlər artıq yığışdırılıb. Hərçənd ki, onları Banksy-nin İnstagram səhifəsində yayımlanan videoda görmək olar.

Görüntüdə, təmizlik işçisi geyimindəki müəmmalı rəssam, vaqonun içində siçovulların şəkillərini çəkməyə başlayır. Gərmiricilər pandemiya ilə bağlı müxtəlif mövzuları əks etdirir.

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

Misal üçün, onlardan biri üz maskasını paraşüt kimi istifadə edir, digəri isə asqırarkən təsvir olunub.

iran, koronavirus

Şəklin mənbəyi, EPA

İranın koronavirus məhdudiyyətləri sərtləşdirilir

İranda koronavirus hadisələrinin artması ilə bağlı bəzi yerlərdə məhdudiyyətlər yenidən sərtləşdirilməkdədir.

Belə yerlərdən biri də paytaxt Tehrandır. Burada universitet, məktəb, kitabxana, gözəllik salonları, məscid, teatr və muzeylərin fəaliyyəti dayandırılır.

Həmçinin mədəni, əyləncə və dini tədbirlər müvəqqəti olaraq ləğv olunub.

Tehran Şəhər Bələdiyyəsinin rəhbəri Möhsün Həşimiyə əsasən, hadisələrin sayı minimuma enəndən sonra məhdudiyyətlər tədricən qaldırılacaq.

Avstraliyalı qadının 15 il əvvəl yuxuda gördüyü rəqəmlər uduşlu olub

Avstraliyalı qadın 15 il əvvəl yuxuda gördüyü rəqəmləri lotereya biletinə yazaraq 700 min dollar uduşa sahib olub.

"Mən onların [rəqəmlərin] bir-birinin ardınca sıralandığını görürdüm və o vaxtdan bəri onları eyni qaydada lotereya biletlərinə yazırdım,”- Drew Reports News nəşrində qadının sözlərini iqtibas olunur.

Redland şəhərinin sakini nömrələri illərdir ki, istifadə etsə də, onun bəxti iyulun 6-da gətirib.

O, ailəsinə kömək edəcəyini və təqaüdə planlaşdırdığından erkən çıxacağını deyir.