Bakıda metro bağlandı, Qazaxıstanda yenidən karantin başlayır, Britaniyanın "ən yaşlı" pişiyi ölüb

Polis

Şəklin mənbəyi, Getty Images

Bakıda metro bağlandı, Qazaxıstanda yenidən karantin başlayır, Britaniyada "31 yaşlı" pişik ölüb - BBC News Azərbaycanın xəbərlər icmalında.

Bakıda metro bağlandı

İyulun 4-dən Bakı Metropoliteni sərnişin daşımaları ilə bağlı öz fəaliyyətini dayandırıb.

Karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonu ictimai nəqliyyatın işi də dayandırılır.

Baş nazirin cümə günü imzaladığı qərara görə, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Nur-Sultan

Şəklin mənbəyi, Getty Images

Qazaxıstanda yenidən karantin başlayır

Qazaxıstanda koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı iyulun 5-dən karantin elan olunacaq.

Məhdudiyyətlər ki həftə ərzində qüvvədə qalacaq. Prezident Qasım-Jomart Tokayev bu müddətin uzadıla biləcəyini istisna etməyib.

Martın 16-dan mayın 11-dək Qazaxıstanda fövqəladə vəziyyət rejimi qüvvədə idi. Son zamanlar epidemiya ilə bağlı vəziyyət pisləşməyə başlayıb.

Rubble

Şəklin mənbəyi, WIKIMEDIA

Britaniyanın "ən yaşlı" pişiyi ölüb

Dünyanın ən yaşlı pişiyi ehtimal edilən Rubble 31 yaşında Britaniyanın Exeter şəhərində ölüb.

Rubble-ın sahibəsi - Michelle pişiyi 1988-ci ildə 20 illik yubileyinə hədiyyə aldığını deyir.

52 yaşlı Michelle-in sözlərinə görə, o, uşaqları olmadığına görə bütün sevgi və qayğısını pişiyə verib. Ola bilsin ki, Rubble buna görə belə uzun həyat yaşayıb, Michelle deyir.

Exeter şəhərindəki baytarlıq klinikasının Facebook saytına görə, son illərdə qan təzyiqindən əziyyət çəkən pişik dərman qəbul etmək məcburiyyətində idi.