London metrosunda "siçanların davası" - qalib foto

Şəklin mənbəyi, Sam Rowley/WPY
London metrosunun yeraltı stansiyalarına yolu düşənlər platformaların yanlarında və ya relslərin arası ilə o yan-bu yana qaçan balaca qara siçanlara rast gələ bilər.
Bu kiçicik gəmiricilər fotoqraf Sam Rowley-ni o qədər valeh edib ki, o, siçanların şəklini çəkmək üçün bir həftəni yeraltı stansiyada keçirmək qərarına gəlib.
Gecələrdən birində onun bəxti gətirib. Fotoqraf sərnişinin əlindən düşmüş yemək uğrunda vuruşan iki sıçanın şəklini çəkməyə nail olub.
Sam Rowley-nin əməyi əbəs yerə olmayıb - "Stansiyada mübahisə" görüntüsü "İlin Canlı Təbiət Fotoqrafı" müsabiqəsinin "LUMİX -Xalqın Seçimi" mükafatını qazanıb.

Şəklin mənbəyi, Michel Zoghzoghi/WPY

Ötən il müsabiqə qaliblərinin adları məlum olandan sonra, yarışın pərəstişkarları arasında əlavə sorğu keçirilib. Onun iştirakçıları əsas mükafatları qazanmayan, ən yaxşı görüntüləri seçiblər.
Sam-in "Stansiyada mübahisə" görüntüsü 28 minə yaxın səs yığaraq kateqoriyanın qalibi olub. London metrosunun stansiyasında yer alan səhnəni çəkməyə çalışan fotoqraf əlverişli rakurs üçün bir neçə gecəni yerə uzanmış halda keçirməli olub.
Ətrafı dolaşan sıçanlar yerə düşən yeməyi görərkən vuruşmağa başlayıblar. Yeməyin sahibi müəyyən olandan sonra isə, onlardan biri səhnəni tərk edib.
"Mən adətən silsilə şəkillər çəkirəm və burada bəxtim gətirdi. Amma unutmayın ki, platformada artıq beş gün keçirmişdim və bu, müəyyən bir məqamda baş verməli idi", - Sam deyib.
Sam hazırda Bristol şəhərindəki BBC-nin təbii tarix filmləri bölməsində tədqiqatçı kimi çalışır. O, şəhərdə baş verən təbiət səhnələrini çəkməyə həvəslidir.

Şəklin mənbəyi, Aaron Gekoski/WPY

Sam insanlarla canlılalar arasında daxili bağlılığın olduğuna inanır. O, çətin mühitdə yaşamalı olan heyvanların dayanıqlığına heyran olduğunu deyir: "Metrodakı siçanlar, məsələn, günəş işığını görmədən, ot yarpağına toxunmadan dünyaya gəlir və bütün həyatını burada keçirir".
İlin Canlı Təbiət Fotoqrafı yarışmasının təşkilatçısı Londonda yerləşən Təbiət Tarixi Muzeyidir. Onun direktoru hesab edir ki, "Xalqın Seçimi" kateqoriyasında qalib gəlmiş görüntü insanlarla təbiətin bir-birilə bağlı olduğunu göstərir.
"Ümid edirəm ki, bu, insanları daha çox düşünməyə və bu bağlılığı dəyərləndirməyə həvəsləndirir ", - Sir Michael Dixon belə deyir.
Müsabiqənin "Təqdirə layiq" görüntülər kateqoriyasının mükafatı uğrunda dörd rəqib yarışıb: Aaron Gekoski istismara məruz qalan oranqutan şəklini təqdim edib; Michel Zoghzhogi anakonda ilə vuruşan yaquarların fotoşəklini çəkib; Qara kərgədan balasının görüntüsü Martin Buzoraya məxsusdur; Francis De Andres təbii mühitdə ağ qütb maralları müşahidə edib.
Ilin Canlı Təbiət Fotoqrafı müsabiqəsi 56-cı dəfədir ki, keçirilir. Münsiflər heyəti tərəfindən seçilən qaliblərın adları oktyabr ayında elan olunacaq.

Şəklin mənbəyi, Francis De Andres/WPY


Şəklin mənbəyi, Martin Buzora/WPY

Görünütlər müəlliflik hüququ ilə qorunur.
[email protected]və Twitter izləyə bilərsiniz @BBCAmos





