"İlin Canlı Təbiət Fotoqrafı-Xalqın Seçimi" mükafatının qalibləri
Xilasedicilərindən birinin qucağında oturmuş qorillanın fotosu "Ilin Canlı Təbiət Fotoqrafı-Xalqın Seçimi" mükafatına layiq görülüb.

Şəklin mənbəyi, Jo-Anne McArthur / Natural History Museum
Əsas mükafata layiq görülmüş foto kanadalı fotoqraf Jo-Anne McArthur tərəfindən çəkilib.
Pikin adlı qorillanı brakonyerlərin əlindən qurtaran Afrika meymunlarının müdafiəsi ilə məğul olan "Ape Action Africa" təşkilatı olub.
Qorilla, xilaskarlarından biri və qəyyumu olan Appolinaire Ndohoudou-nun qucağında oturduğu halda lentə alınıb.
Qorilla Kamerunda meşədə yaşadığı əvvəlki yerindən yeni məskənə köçürüldüyü zaman lentə alınıb.
2017-ci il müsabiqəsinə ümumilikdə təqdim olunmuş 50000 fotoişdən final mərhələyə keçmiş 24 nümunə arasından 20 000-ə yaxın təbiətsevər məhz bu fotonu seçiblər.

Finalçı: İsidən qucaqlaşma
Debra Garside

Şəklin mənbəyi, DEBRA GARSIDE / Natural History Museum
Qütb ayısı balaları ilə bərabər yuvadan istilər hələ düşməmiş çıxıb.
Ayı balaları özlərini soyuqdan və təhlükədən qorumaq üçün analarına sıxılıb.
Debra Garside ana-bala ayıların qucaqlaşmasını lentə almaq üçün Kanadanın Manitoba bölgəsindəki Wapusk Milli parkında 6 gün ayıların yuvası yaxınlığında keşik çəkib.
Həmin dövrdə orada bərk soyuq külək əsib, havanın temperaturu isə (-55C; -35C) civarında dəyişib.

Finalçı: Rakşi quşu rider
Lakshitha Karunarathna, Şri-Lanka

Şəklin mənbəyi, Lakshitha Karunarathna / Natural History Museum
Lakshitha Karunarathna Keniyada Maasai Mara Milli Qoruğuna səyahət etdiyi zaman qeyri-adi mənzərə ilə rastlaşıb - o, lillisinəli rakşi quşunu zebranıın belinə qonarkən lentə alıb.
Rəngarəng quş zebranın belində 1 saatdan çox vaxt keçirərək dimdiyinin altındakı həşərat bolluğundan həzz alırdı.
Lakshitha Karunarathna bu kadrı əldə etmək üçün, quş qonan zebranın ətrafına digər zebraların da toplaşmasını gözləməli olub.

Finalçı: Budaqdan aslmış ərincək
Luciano Candisani, Braziliya

Şəklin mənbəyi, Luciano Candisani / Natural History Museum
Luciano Candisani bu fotonu çəkmək üçün Braziliyanın Bahia bölgəsindəki meşəlikdə ağaca dırmaşmalı olub.
Üçcaynaqlı ərincək əsasən, ağac yarpaqları ilə qidalanır və demək olar ki, bütün vaxtını hündürlükdə, ağac budaqlarında keçirir.

Finalçı: Lətafətli balina və balası
Ray Chin, Tayvan

Şəklin mənbəyi, Ray Chin / Natural History Museum
Hər il iyul ayından başlayaraq oktyabradək qozbel balinalar balalamaq üçün Antarktikadan şimala, ilıq sulara doğru köç edir.
Ray Chin balası ilə birgə üzən bu lətafətli qozbel balinaya Tonqaya aid olan Vavau adalarıətrafı sularda rast gəlib.
Balina lətafətli dönüş edərkən Chin tərəfindən lentə alınıb.
Sonradan müəllif çəkdiyi kadrın rəngarəngliyini sadəliyi qabartmaq üçün ağ-qara rəng diapazonuna dəyişib.

Ilin Canlı Təbiət Fotoqrafı müsabiqəsi hər il Təbiət Tarixi Muzeyi tərəfindən təşkil olunur.
Mükafata layiq görülmüş fotoşəkillər Londonda Təbiət Tarixi Muzeyində mayın 28-dək sərgilənəcək.





