Vila adlı Dünyanın ən qoca qorillalarından biri 60 yaşında ölüb

Zoopark işçilərinin bildirdiyinə görə, Vila 5 nəslin "matriaarxı" olub.

Şəklin mənbəyi, San Diego Safari Park/ Facebook

Şəklin alt yazısı, Zoopark işçilərinin bildirdiyinə görə, Vila 5 nəslin "matriaarxı" olub.

Dünyanın ən qoca qorillalarından biri sayılan Vila adlı qorilla 60 yaşında ölüb. O, qorillaların adətən yaşadığı orta müddətdən 20 il çox yaşayıb.

San Diego şəhərində, Safari Park adlı zoopark Vilanın 1957-ci ildə Konqoda doğulduğunu bildirib.

Zoopark işçilərinin bildirdiyinə görə, Vila 5 nəslin "matriaarxı" olub.

"Bu yaşda sağ qalan qorilla dünyada az tapılar", - Kaliforniyada yerləşən zooparkın aparıcı əməkdaşı Peggy Sexton bildirib.

Qorillaların ömür uzunluğu, bir qayda olaraq, 35-40 yaş həddində olur.

Güman olunduğuna görə, hazırda sağ qolan ən qoca qorilla Arkanzas ştatındakı Little Rock zooparkında saxlanılan Trudy adlı 61 yaşlı qorilladır.

Vila the gorilla eating what looks like sweet potato

Şəklin mənbəyi, San Diego Zoo Safari Park/ Facebook

Şəklin alt yazısı, Zooparkın Facebook səhifəsində Vila ləzzətli kökə yediyi vaxt təsvir edilib.