You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Dünya üzərində “Qanlı Ay” – şəkillər
Dünya boyunca insanlar yadda qalan hadisənin şahidi olublar: Cümə günündən şənbəyə keçən gecə 21-ci əsrin ən uzun "Qanlı Ay" tutulması baş verib.
Yunanıstanda Ay Afina yaxınlığındakı Poseydon ehramı üzərində.
Ay tutulması vaxtı Günəş Yerin təbii peykini bilavasitə işıqlandırmır.
Lakin Yerin atmosferindən keçərək qırmızı çalar alan şüalar planetimizin səthindən əks olunaraq aya yönlənir. Bu, "Qanlı Ay" fenomeninə səbəb olur.
"Qanlı Ay" Kazan şəhərinin minarələri üzərində.
Strasburqda isə "Qanlı Ay"ı amerikalı rəssam Jonathan Borofsky-nin yaratdığı əsəri üzərində görmək olar
Alp dağlarında buludsuz, yaxşı hava Ay tutulmasını maneəsiz müşahidə etməyə imkan verib.
Bəziləri Ay tutulmasını yaxşı izləmək üçün teleskoplardan istifadə edib.
Taybeydə həvəskar astronomlar dəniz sahilində toplaşıblar.
Ay tutulması 1 saat 43 dəqiqə çəkib.
Qahirə üzərində Ay
.