You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şimali Koreya lideri Kim Jong-Un-a İsveçrə yeməyi
Şimali və Cənubi Koreya liderlərinin sammitində Kim Jong-Un-a naharda universitet günlərini xatırlatmaq naminə İsveçrə mətbəxinin incisi - kartofundan hazırlanmış "rösti" veriləcək.
Cənab Kim-in İsveçrədə təhsil aldığı deyilir, hərçənd ki, özü bunu heç vaxt təsdiq etməyib.
Naharda Cənubi Koreya lideri Moon Jae-In də unudulmayıb. Ona da doğma şəhəri Busan-ı xatırlasın deyə balıq yeməyi veriləcək.
Cümə günü keçiriləcək sammitdə Şimali və Cənubi Koreya liderləri 2007-ci ildən sonra ilk dəfə görüşəcək.
Cənubi Koreyada keçiriləcək görüşdə yeməklər hər iki ölkənin mətbəxinə aid olacaq.
Şimala aid soyuq əriştə yeməyi iki Koreya arasındakı neytral zonada bişiriləcək.
Cənab Kim-in yeyəcəyi kartof yeməyinin adı "rösti"dir.
Bu sammit Şimali Koreyanın nüvə silahı proqramı inkişaf etdirdiyi bir vaxtda diplomatik cəhdlərin nəticəsidir.
Seul bundan əvvəl də məşhur qonaqlarına hazırladığı nahara siyasi bucaqdan yanaşıb.
2017-ci ildə ABŞ prezidenti Donald Trump-a verilən xərçənglər Yaponiya və Cənubi Koreya arasındakı mübahisəli adaların yaxınlığındakı dənizdən tutulmuşdu.