You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Apple-ın icraçı direktoru qardaşı oğluna sosial şəbəkələrdə olmağa icazə vermir
- Müəllif, Leo Kelion
- Vəzifə, Texnologiya üzrə redaktor
Apple şirkətinin baş icraçı direktoru Tim Cook qardaşı oğlunun sosial şəbəkələrdə olmasını istəmədiyini deyib.
Eyni zamanda Britaniyada yaxında keçirilən sorğunun nəticələri, Facebook, Twitter və YouTube kimi sosial şəbəkələrə ictimai etimadsızlığın artdığı göstərir.
Son zamanlar sosial platformalar problemlərin mövcud olduğunu ehtiraf ediblər.
Şirkətlərin etirazına baxmayaraq, bir ekspert texnologiya şirkətlərinin daha sərt qanunlara idarə edilməsini təklif edib.
Həmçinin oxuyun:
Yaş hüdudları
Britaniyanın Essex qraflığında yerləşən Harlow College-dəki kodlaşdırma tədbirində iştirak edən cənab Cook Guardian qəzetinin müxbirinə bildirib: "Mənim öz uşağım yoxdur, lakin qardaşımın uşağına məhdudiyyətlər qoyuram."
"Bəzi şeylərə icazə vermirəm. Mən onların hansısa bir sosial şəbəkədə olmalarını istəmirəm."
Cənab Cook qardaşı oğlunun neçə yaşı olduğunu açıqlamayıb, lakin 2015-ci ilin mart ayında onun 10 yaşı olduğunu bildirmişdi.
ABŞ-ın Uşaqların Onlayn Məxfiliyinin Müdafiəsi Aktı (Coppa) texnologiya şirkətlərinin yaşı 13-dən aşağı olanlardan toplanılan məlumatları məhdudlaşdırır. Nəticədə bir çox sosial şəbəkə gənc istifadəçilərə xidmətlərindən istifadəyə icazə vermir.
Keçən noyabr ayında Britaniyanın yayım tənzimləmə qurumu Ofcom bildirmişdi ki, Britaniyada sosial şəbəkələrdən yaş həddi altında istifadə atmaqdadır.
Uşaqların müdafiəsi üzrə xeyriyyə təşkilatı NSPCC isə Facebook, Instagram və Snapchat şəbəkələrini bu problemlə "qöz yum"maqda təqsirləndirib.
Təbliğat kampaniyaları
Son ayları sosial şəbəkələr müxtəlif şikayət və tənqidlərlə üzləşiblər.
Şikayətlərdən biri şəbəkələrin "saxta xəbər" və təbliğat kampaniyası tərəfindən manipulyasiya edilməsinə verdikləri imkanlardır.
Cümə günü Twitter etiraf etdi ki, 2016-cı il ABŞ seçki kampaniyası dövründə Rusiya ilə əlaqəli hesablar şəbəkədən istifadə edərək narazılıq yaymağa cəhd ediblər.
Bu səbəbdən şirkət ABŞ-da yerləşən 677,775 hesaba email göndərərək onların Rusiya ilə əlaqəli hesabları ya təqib etdikləri və ya onların paylaşımlarını "bəyəndiklərini" ya da ki, yenidən paylaşdıqları barədə xəbərdarlıq verəcəyini bildirib.
Facebook-un iki yüksəkvəzifəli menecerləri də öz şəbəkələrində problemlərin mövcud olduğunu etiraf ediblər.
"Biz yeni təcrübələr yaratmağa həddindən artıq yatırım qoymuşuq və sui-istifadəyə qarşını almağa lazımi qədər yatırım qoymamışıq", Facebook-un ictimai siyasət rəhbəri Elliot Schrage bazar günü keçirilən DLD Munich (Münhen) konfransında qeyd edib.
Facebook-un baş icraçı direktoru Mark Zuckerberg-də ilin əvvəli buna bənzər sözləri paylaşıb.
Facebook-un ictimai əlaqələrə məhsul meneceri Samidh Chakrabarti də öz bloqunda yazıb ki, media şirkətləri sahib olduqları təsirin gücünə diqqət verməlidirlər.
"Əgər sosial medianın demokratiyaya təsiri barədə əsas bir həqiqət varsa, bu odur ki, o insanların həm yaxşı həm də ki pis niyyətlərini gücləndirir", o yazıb.
"Ən yaxşı halda, o bizə özümü ifadə etməyə və fəal olmağa imkan verir. Ən pis halda isə, o insanlara yanlış məlumatları paylaşmağa və demokratiyanı çürütməyə imkan verir.
Mən istərdim ki, yaxşı halların pis hallardan daha çox olmasına qarantiya verə bilim, lakin bunu edə bilmərəm. Ona görə bu texnologiyaların necə istifadə edildiyini öyrənməkdə bizim mənəvi məsuliyyətimiz var", o, əlavə edib.
YouTube isə ABŞ-lı video blogerin Yaponiyada sui-qəsd nəticəsində ölmüş bir şəxsin çəkdiyi video-dan sonra yaranan qalmaqala bürünüb.
Logan Paul adlı bloger paylaşdığı bu videoya görə YouTube-un yüksək dərəcəli reklam xidmətindən xaric edilib. Bununla yanaşı şirkət şəbəkədə xüsusi populyarlıq qazanan videoların insanlar tərəfindən nəzərdən keçirilməsi qərarını verib.
Lakin YouTube-un baş biznes meneceri Robert Kyncl BBC Newsbeat-' bildirib ki, o şəbəkənin üçüncü partiyalar tərəfindən tənzimlənməsinə qarşıdır.
"Biz məzmun yaradıcıları deyilik, biz məzmun paylaşan bir platformayıq", o deyib.
Yeni qaydalar
Sosial media və Texnologiya şirkətlərinin məhsullarının asılılıq yaratdığı iddiaları və şikayətləri getdikcə artmaqdadır.
Bu yaxınlarda təsis olunan Time Well Spent (Yaxşı Keçirilən Vaxt) kampaniyası bildirib ki: "Bizim diqqətimizi cəlb edən şeylər bizim xeyrimizə ən yaxşı bir çey olmaya bilər".
Kampaniya qrupu bildirib ki, bu platformalar təzyiqsiz öz-özlərinə dəyişməcəklər.
Ehtimal olunur ki, bu həftə Davos-da keçirilən Dünya İqtisadi Forumunda Facebook-un baş əməliyyat direktoru Sheryl Sandberg və Google-un Baş icraçı direktoru Sundar Pichai kimi texnologiya sənayesinin liderləri iştirak edərək sənayenin tənzimlənməsinin artmasını qarşı pərdəarxası danışıqlarda çıxış edəcəklər.
Lakin bir texnologiya sənayesi eksperti tənzimləmə qurumları və siyasətçilərin texnologiya şirkətlərinin fəaliyyətini daha dərin nəzərdən keçirməyə səy göstərəcəklər.
"Onlar bizim necə məlumat aldığımızı və həyatımızı necə yaşadığımıza böyük təsir göstərirlər", Oxford Internet Institute-dan (Oxford İnternet İnstitutu) Dr Joss Wright bildirib.
"Onların "texnologiya" olduğu üçün tənzimləmədən qaçınmasını və ya problemləri tək başına həll etmələrinə dair əsaslandırmalar həqiqətə uyğun deyil. Bir ictimaiyyət olaraq onların problemlərinin nə olduğu, nə təsirlər göstərdiyi və tənzimləmənin rolu barədə öz mövqeyimizi bildirməyə haqqımız var", o əlavə edib.