CIA patlayıcını tapmaqdan imtina edən iti işdən çıxardı

Şəklin mənbəyi, CIA
- Müəllif, Rozina Sini
- Vəzifə, BBC
Labrador cinsindən olan Lulu ləqəbli it Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) ən yeni üzvü idi. Onun vəzifəsi partlayıcı maddələri iylə tapmaq idi.
Xidməti it həftələr ərzində təlim keçsə də, heç bir irəliləyiş nümayiş etdirmədi.
Belə görünür ki, CIA həyatı onun ürəyincə olmayıb.
Nəticə olaraq it 2017-ci ilin K-9 təlim proqramından xaric edildi.
CIA Twitter vasitəsilə itin proqramdan çıxarılmasının səbəblərini izah edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
"Bəzən təlimləri başa vurmuş küçüklər də, partlayıcıların aşkar edilməsi üzrə K-9-da işləməyə meylsiz olduğunu büruzə verir".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
"Lulu partlayıcı qoxularına maraqsız olduğunu göstərməyə başladı".
İtlər 19 min qoxunu ayırd etməyi öyrənir
Partlayıcı maddə axtaran itlər 10 həftəlik təlim proqramının sonunda 19 min fərqli qoxunu ayırd etməyi öyrənməlidirlər.
Təlimlərin sonunda itlər 10 fərqli imtahandan keçir. Müvəffəq olanlar ev, maşın və digər yerlərdə partlayıcı maddələrin axtarışına cəlb edilir.
Bir qayda olaraq polis itləri ABŞ-da istifadə olunur, hərçənd ki, onların xaricə göndərilməsi halları da mövcuddur.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 3
"İnsanlarda olduğu kimi, yeni şeylər öyrənən itlərin yaxşı və pis günləri olur. Bu küçüklərə də aiddir, hərçənd ki, belə vəziyyət bir-iki gün davam edir".
Həftədə 60 saatlıq iş günü
Təlimləri yeni bitirmiş itlər adətən həftədə 60 saat işləyir.
Lakin onlar məzuniyyət və asudə vaxtlarında da təcili hallarda işə getməyə məcburdurlar.
Adətən təlimlər üçün Alman çoban iti və Retriver cinsinə üstünlük verilir.
Təlim proqramının ilk həftələrində itlər müvəqqəti olaraq qaldıqları həbsxanalardakı təlimatçılardan sadə əmrləri öyrənirlər.
Lakin Lulu üçün bu müddət bir qədər gərgin keçdi.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 4
"Bir neçə həftəlik təlimdən sonra, bəzi itlərin bu işə uyğun gəlmədiyi və problemin qeyri-müvəqqəti olduğu ortaya çıxdı ".
CIA yazır ki, "K-9 təlimində itlərin işdən həzz alması şərtdir. Bəzən it təlimləri bitirib, imtahanları başa vursa da, partlayıcı axtarmaq işinə uyğun olmadığını birmənalı bəlli edir".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 5
"Partlayıcı axtarmaq Lulu-nu qətiyyən maraqlandırmırdı. Yemək və həvəsləndirmək cəhdlərinə rəğmən itin əylənmədiyi göz qabağında idi".
CIA-in Lulu ilə bağlı mesajları sosial mediada böyük maraq doğurub:
"O, sadəcə top ardınca qaçmaq istəyir, buna izn verin".
"Lulu bəlkə də sənətçi olub dünyanı dolaşmaq istəyir. Bu itə öz xəyalları ardınca getməyə imkan verin".
Lulu-nun hətta "ikili agent" ola biləcəyini yazanlar da oldu.
İtin hekayəti isə yaxşı başa çatdı.
Lulu pənah gətirdiyi ailədə daha rahat bir həyat yaşayacaq.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 6
"Lulu-nun yeni sahibi var və indi , öz günlərini uşaqlar və yeni dostları ilə oynayaraq, bağda dovşan və dələləri qoxumaqla keçirir".
Lulu partlayıcı axtaran itlər proqramından xaric edilmiş yeganə it deyil.
Vidar Malinua cinsinə aiddir və Əfqanıstanda Britaniya hərbçilərilə yol kənarında quraşdırılmış bomba və silahların axtarışında iştirak edib.

Şəklin mənbəyi, Wales News Service
Lakin bundan iki il keçmiş onda yüksək səslərdən qorxu yarandı və Vidar buna görə erkən təqaüdə göndərildi.
Avstraliyada isə alman çoban iti aşırı dərəcədə ünsiyyətçil olduğuna görə işdən kənarlaşdırıldı.

Şəklin mənbəyi, Governor of Queensland
Gavel şübhəliləri təqib etmək əvəzinə onlarla dost olmağa çalışırdı.
Təlim proqramından kənarlaşdırılan itəQueensland ştatının qubernatoru sahib çıxıb.





