Zehni məşqlər: saatda təkrarlanan rəqəmlər

Biliklərinizi və zehninizi bu günkü tapmacada sınaqdan keçirin.

Tik-Tak! Saat artıq çıqqıldayır!

Tapmaca 18

Rebecca-nın yatağının yanındakı masa şüşədən olan tumbanın üzərində 24 saatlıq formatda vaxtı göstərən elektron saat var.

Rebecca 13:08-də saata baxarkən saatın ekranın masa səthindəki əksinin saatla eyni vaxtı göstərdiyini fərq edib. Bundan sadəcə bir dəqiqə əvvəl isə saatın özü və bir-birilərindən fərqlənirdi.

24 saat ərzində saatdakı vaxt və əksindəki vaxt neçə dəfə üst-üstə düşür?

Cavab

96

Elektron saatlarda ekranda və masanın əksində eyni görsənən yeganə rəqəmlər 0,1,3 və 8-dir. Ona görə də, aydınlaşdırmaq lazımdır ki, bu rəqəmlər 24 saat ərzində ekranda neçə dəfə nümayiş olunur.

Ekrandakı ilk rəqəm üçün iki variant var: 0 və ya 1.

İkinci rəqəm üçün dörd variant var: 0, 1, 3 və ya 8.

Üçüncü rəqəm üçün üç variant var: 0, 1 və ya 3.

Dördüncü rəqəm üçün dörd variant var: 0, 1, 3 və ya 8.

Mümkün birləşmələrin ümumi sayını müəyyən etmək üçün birləşmələrin sayını saatın ekranındakı rəqəmlərin variantlarını bir-birinə vurmaq lazmdır. Nəticədə, ekrandakı görüntü ilə əskdəki görüntü neçə dəfə üst-üstə düşməsi

2x4x3x4=96-ya bərabərdir.

Tapmacanın mənbəyi - Cambridge Universiteti.

Ətraflı Today verilişinin saytında əldə edə bilərsiniz.

Bütün tapmacalara bur baxmaq olar.