Avropanın ən böyük festivalı: Notting Hill karnavalı şəkillərdə

Hər il avqust ayının sonlarında Londonda Notting Hill-də Avropanın ən böyük, dunyanın isə, Rio-de-Janeyro-dan sonra ikinci ən böyük festival keçirilir.

Festivalın tarixi 1960-cı ildə Karib dənizinin sakinlərinin Notting Hill-də toplaşması ilə başlayıb. Festival iştirakçılarının ilk şüarı, "Xalqın azadlığı onun mədəniyyətindən doğur" olub.

Britaniyanın afro-amerikan icmasının nümayəndələri festivalda aparıcı rol oynayırlar. Festivalın ənənəvi hissəsi-rəngarəng döyüşlərdir.

Festivalın paltarları bütün 1 il ərzində hazırlanır.

Ənənəvi olaraq, festivalın ilk günü "uşaqlıq" adlanır. Səhər saat 9 da başlayan və axşama qədər davam edən təntənəli yürüyüşdə yüzlərlə uşaq və gənclər iştirak edir.

Ənənəyə görə, bazar günü festivala ailəvi şəkildə baş çəkilir.

Səlahiyyətli şəxslər festival günü təhlükəsizlik tədbirlərini gücləndirirlər.

Bu il tənqidçilər təntənəli yürüyüşün iyun ayında yanmış Grenfell Tower -in yaxınlığından keçməsini yanğın qurbanlarına hörmətsizlik olduğunu qeyd ediblər.

Bir çox iştirakçılar festivala üstündə həmrəylik şüarları olan yaşıl paltarlarla gəlib və birlik nümayiş etdiriblər.

14 iyun tarixində gecə Grenfell Towerdə yanğın nəticəsində ən azı 80 nəfər həlak olub.

İştirakçılar yanğın zamanı qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, həmçinin səmaya ağ göyərçinlər buraxıblar.

Həmçinin, qurbanların xatirəsini yad etmək və sakinlər ilə həmrəylik nümayiş etdirmək üçün Londonun meri Sadiq Khan da festivala qoşulub.

Festival adətən rəsmilərin və siyasətçilərin iştirakı olmadan baş tutur.

Festival şənbə günü başlayıb və bazar ertəsi 28 avqust tarixinə qədər davam edəcək.