Misirdə 3000 illik piramidanın qalıqları aşkar edilib

Şəklin mənbəyi, EPA
Misirin Tarixi Əsərlər Nazirliyi ölkədə 3700 il yaşı olan piramidanın qalıqlarının aşkar edildiyini açıqlayıb.
Paytaxt Qahirənin cənubunda yerləşən Daşur bölgəsində aparılan qazıntılar zamanı piramidanın içinə gedən bir dəhlizdə üzərində 10 sətir heroqlif yazısı olan bir daş blok aşkar edilib.
Nazirlik qalıqların yaxşı vəziyyətdə olduğunu və qazıntı işlərinin davam etdiyini bildirib. Qazıntılar ilkin mərhələdə oluğuna görə, piramidaların ölçüsü hələ ki məlum deyil.

Şəklin mənbəyi, EPA
Piramidanın kral dövründən qaldığı ehtimal olunur.
Daşur ərazisi kral Sneferunun 4600 il əvvəl 104 metr yüksəklikdə ilk piramidanı inşa etdirdiyi bölgə olaraq tanınır.
Sneferunun xələfi olan oğlu Xufu Gizada 138 metr yüksəklikdə Böyük Piramida inşa etdirib.

