David Beckham "brendə görə" boşanmadığını cəfəngiyyat adlandırır

David Beckham deyir ki, həyat yoldaşı Victoria ilə "yalnız Beckham brendi" üçün ayrılmadıqları barədə iddialar cəfəngiyyatdır.

Keçmiş futbolçu BBC Radio 4-ün Desert Island Discs proqramının 75 illiyi üçün xüsusi qonağı idi.

"Bəzən deyirlər ki, guya biz brend olduğumuz üçün ayrılmırıq. Əlbəttə ki, elə deyil", o deyib.

"Biz bir-birimizi sevdiyimizə görə ayrılmırıq. Biz, 4 gözəl uşağımıza görə ayrılmırıq".

David Beckham aparıcı Kirsty Young-a deyib: "Biz güclü bir ailəyik. Bizim güclü valideynlərimiz var ki, onlar bizi düzgün dəyərlərlə boya-başa yetiriblər".

"Əlbəttə ki, illər keçdikcə səhvlər də olur. Hamımız bilirik ki, evlilik bəzən çətin olur və hər şey bu çətinliklərdən keçməkdən asılıdır".

Victoria və David Beckham 1999-cu ildə evləniblər. Onların 4 uşağı var.

"Əlbəttə ki, çətin zamanlar olur, amma biz həyatımıza hörmətlə yanaşırıq və çətin məqamları ailə olaraq həll edirik", o deyib.

Desert Island Disks proqramının formatı ondan ibarətdir ki, hər qonaq boş səhraya aparacağı 8 mahnını, bir kitabı və əlavə bir əşyanı seçir.

Beckhamın seçdiyi bəzi mahnılar:

  • Michael Jackson və Paul McCartney - The Girl Is Mine
  • Elton John - Something About The Way You Look Tonight
  • Ella Fitzgerald - Something About The Way You Look Tonight