“İslam Dövləti”ndə həyat - 5: Kişinin çarmıxa çəkilməsi
Özünü "İslam Dövləti" adlandıran qrupun nəzarətində olan yerlərdə Qərb mediası ilə danışmağın cəzası boynun vurulmasıdır. Odur ki, özünü “xilafət” elan etmiş "İD-in paytaxtı Raqqadakı" həyatın gündəliyini tərtib etmək Məhəmməddən böyük səy və cəsarət tələb edib.
Dost və qohumlarının ekstremistlər tərəfindən qəssabsayağı şaqqalanmasının, icmasının dağıdılmasının və yerli iqtisadiyyatın xaraba qoyulmasının şahidi olmuş Məhəmməd (əsl adı deyil) hesab edir ki, sevimli şəhərinin başına gətirilənlər barədə BBC-ə danışmaqla onlara cavab vermiş olur.
Raqqa gündəliyindən 5-cü hissədə Məhəmməd başı kəsilmiş halda dostunun cəsədinin tapılmasından sonra Raqqanı tərk etmək qərarına gəlir.
Gündəliyin , , və dördüncü hissələrinə də baxın.