“İslam Dövləti”ndə həyat -2: Silahlılar casus axtarırlar

Özünü İslam Dövləti adlandıran qrupun (İD) nəzarətində olan yerlərdə Qərb mediası ilə danışmağın cəzası boynun vurulmasıdır. Odur ki, özünü “xilafət” elan etmiş İD-in paytaxtı Raqqadakı həyatın gündəliyini tərtib etmək Məhəmməddən böyük səy və cəsarət tələb edib.

Dost və qohumlarının ekstremistlər tərəfindən qəssabsayağı şaqqalanmasının, icmasının dağıdılmasının və yerli iqtisadiyyatın xaraba qoyulmasının şahidi olmuş Məhəmməd (əsl adı deyil) hesab edir ki, sevimli şəhərinin başına gətirilənlər barədə BBC-yə danışmaqla onlara cavab vermiş olur.

Raqqa gündəliyindən ikinci hissədə Məhəmməd İD-in (O “Daeş” adlandırır) vergi adı ilə pul qoparmasının və yol kənarında qurşağadək torpağa basdırılmış bir gənc qadının daşlanaraq öldürülməsinin şahidi olur.

Gündəliyin birinci hissəsi MAP43003045“İslam Dövləti”ndə həyat -1: İD-in Raqqaya daxil olduğu gün“İslam Dövləti”ndə həyat -1: İD-in Raqqaya daxil olduğu günÖzünü İslam Dövləti adlandıran qrupun nəzarətindəki yerlərdə Qərb mediası ilə təmas ölümlə cəzalanır. Lakin Məhəmməd (əsl adı deyil) “İD-in paytaxtı” Raqqada baş verənlər barədə BBC-ə danışmağı özünə borc bilib. 2016-03-15T11:41:39+00:002016-03-16T11:06:05+00:002016-03-16T11:06:05+00:002016-03-18T16:33:25+00:00PUBLISHEDaztopcat2Video.