“İslam Dövləti”ndə həyat - 3: Sağ qalmağa çalışmalıyam
Özünü İslam Dövləti adlandıran qrupun nəzarətində olan yerlərdə Qərb mediası ilə danışmağın cəzası boyunun vurulmasıdır. Odur ki, özünü “xilafət” elan etmiş İD-in paytaxtı Raqqadakı həyatın gündəliyini tərtib etmək Məhəmməddən böyük səy və cəsarət tələb edib.
Dost və qohumlarının ekstremistlər tərəfindən qəssabsayağı şaqqalanmasının, icmasının dağıdılmasının və yerli iqtisadiyyatın xaraba qoyulmasının şahidi olmuş Məhəmməd (əsl adı deyil) hesab edir ki, sevimli şəhərinin başına gətirilənlər barədə BBC-yə danışmaqla onlara cavab vermiş olur.
Raqqa gündəliyindən üçüncü hissədə Məhəmməd qonşusunun evinin bombalanması, mağazalarda televizor qadağası və ərzaq almağın çətinliklərindən bəhs edir.
Gündəliyin və ikinci hissələrinə də baxın.