Kabil uşaqlarına dərs keçən 14 yaşlı müəllim
Əfqanıstanda hökumət qüvvələrilə Taliban arasında döyüşlərin davam etdiyi bir vaxtda gənc fəal yoxsul icmanın uşaqlarına kömək etməyə çalışır.
14 yaşlı Əzizə Rahimzad Kabilin ən yoxsul rayonlarından birindəki gecəqonduda yaşayır.
Onun qonşuları müxtəlif döyüş bölgələrindən qaçqın düşənlərdir.
Uşaqların həyatının yaxşılaşdırılmasına yönələn fəaliyyətilə bağlı Əzizə Rahimzadın namizədliyi Beynəlxalq Uşaq Sülh Mükafatına irəli sürülüb.
O, öz fəaliyyəti barədə BBC müxbiri Shaimaa Khalil-ə danışıb.