Əfqanıstanda zorla ərə verilən qız: Başımı götürüb qaçdım

Əfqanıstan qadınlar üçün dünyanın ən təhlükəli yerlərindən biri kimi təsvir olunur. İnsan haqları müdafiəçiləri yerli qadınların yarısından çoxunun 16 yaşınadək zorla və yaxud da sövdələşmə yolu ilə ərə verildiyini bildirirlər. Ehtiyat edilir ki, ölkədə Qərb nüfuzu azaldıqca qadınların vəziyyəti sahəsindəki irəliləyişdə tənəzzül yarana bilər.