Tanış olun: Əfqanıstanda taksi sürücüsü Sara

Əfqanıstan qadınlar üçün dünyanın ən çətin yerlərindən biridir. Son illərdə bəzi irəliləyişlərə baxmayaraq, bir çox qadınlar hələ də iş tapmaqda çətinlik çəkir.

Taliban hakimiyyəti zamanında qadınlara təkbaşına bayıra çıxmaq yasaq idi. Bu sahədə hələ də görüləcək xeyli iş qalsa da, artıq yeni təşəbbüslər görmək olar.

Ölkənin şimal bölgəsində yaşayan Sara Bəhayi mühafizəkar cəmiyyətdə kişilərin peşəsi sayılan taksi sürücüsü işləyir.

Saranın hekayəsini BBC müxbiri Jonathan Beale təqdim edir.